• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank daha bir texnoloji ödəniş üsulu təqdim etdi

Kapital Bank daha bir texnoloji ödəniş üsulu təqdim etdi
24.11.2022 11:39
Kapital Bank nağdsız ödənişlərin inkişafı istiqamətində yeni texnoloji yeniliyi təqdim edir. Belə ki, aktiv həyat tərzi keçirən insanlar üçün nəzərdə tutulan Garmin ağıllı saatları vasitəsilə təmassız ödənişlər etmək mümkün oldu. Kapital Bank-ın Visa kart sahibləri bu funksiyadan istifadə edərək ödənişlər həyata keçirə bilərlər.


Ödənişi həyata keçirmək üçün müştəri Garmin saatlarında "Pul qabı/Wallet” proqramını açıb, təyin etdiyi PIN kodu daxil edib, ödəniş terminalına yaxınlaşdırmalıdır. Bununla da market, aptek, taksi, restoran, kafe, pərakəndə satış mağazaları və təmassız ödənişləri qəbul edən istənilən digər yerlərdə cəmi bir neçə toxunuşla ödənişlər etmək mümkündür.


Saatı nizamlamaq çox asandır. Müştərinin istifadə etdiyi smartfon markasından asılı olaraq "App Store” və ya "Google Play” marketdən "Garmin Connect” tətbiqini yükləmək lazımdır. Sonra isə tətbiqdə "Garmin Pay” bölməsinə daxil olub oradakı təlimatlara əsasən Kapital Bank Visa kartını əlavə etmək kifayətdir. Garmin Pay və xidməti dəstəkləyən cihazlar haqqında ətraflı məlumat üçün: https://www.garmin.com/en-US/garmin-pay/.


Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 113 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol