• $
  • €
  • ₽
  • ₺
  • £

Sahibkarlığın İnkişafı Fondu və Bank Respublika qadın sahibkarlar üçün təlimlər keçib

Sahibkarlığın İnkişafı Fondu və Bank Respublika qadın sahibkarlar üçün təlimlər keçib
02.12.2022 13:30
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu və ölkənin aparıcı banklarından biri olan Bank Respublika, regionlarda fəaliyyət göstərən qadın sahibkarlar üçün birgə təşkil etdiyi "Biznesin incəlikləri” adlı layihəni uğurla başa vurub. 

Layihə çərçivəsində keçirilən təlimlərdə Bankın və Fondun əməkdaşları qadın sahibkarları güzəştli kreditlər, ilkin kapital mənbələri, gəlir və xərclər, reklam, vergi qanunvericiliyi, biznesin hüquqi əsasları kimi mövzularda məlumatlandırıb, onları maraqlandıran sualları cavablandırıblar.

Gəncə şəhərində baş tutan tədbirdə Sahibkarlığın İnkişafı Fondunun sədri Osman Xaliyev və "Bank Respublika” İdarə Heyətinin sədri Tariyel İsmayılov çıxış edərək, qadınların sahibkarlığın inkişafındakı rolunu qeyd edib. Tədbir iştirakçılarına qadınların sahibkarlıq fəaliyyətlərinə dəstək verilməsi istiqamətində görülən işlər haqqında məlumat verilib.

Qeyd edək ki, çox sayda qadın sahibkarın iştirak etdiyi təlimlər oktyabr-noyabr aylarında Xaçmaz, Masallı, Şəki və Gəncə şəhərlərində keçirilmişdir. Layihə qadın sahibkarların bilik və bacarıqlarının təkmilləşdirilməsi və onların regionun iqtisadi inkişafında aktiv sahibkarlıq fəaliyyətinə cəlb olunmasına istiqamətlənib. 

Verilən məlumata əsasən, Bank gələcəkdə də ölkəmizin digər regionlarında faəliyyət göstərən qadın sahibkarlara dəstək olacaq layihələr həyata keçirməyə davam edəcək.

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
 
 








www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol