• $
  • €
  • ₽
  • ₺
  • £

“Qırmızı ürəklər” Fondunun 2 yaşı tamam oldu!

“Qırmızı ürəklər” Fondunun 2 yaşı tamam oldu!
15.12.2022 11:16
Çoxsaylı xeyirxah əməllər həyata keçirən, sosial əhəmiyyətli layihələr icra edən, indiyədək minlərlə insana maddi və mənəvi dəstək göstərən, ölkənin bütün regionlarını əhatə edən "Qırmızı Ürəklər” ("Red Hearts”) Fondunun rəsmi olaraq fəaliyyətə başlamasının 2 ili tamam oldu. Bununla bağlı 10 dekabr 2022-ci il tarixində "Atelier 61 Events Hall”da tədbir keçirildi.
 
Tədbirdə PAŞA Holdinqin və Kapital Bank-ın nümayəndələri, donorlar, fondun üzvləri, əməkdaşları və könüllüləri iştirak edirdi. Tədbirdə çıxış edən "Qırmızı Ürəklər” Fondunun prezidenti Sevda Haqverdiyeva fondun fəaliyyət istiqamətləri, gördüyü işlər, hesabatlar və gələcək planlar barədə ətraflı məlumat verdi. Həmçinin fondun ən fəal üzvləri il ərzində göstərdikləri fəaliyyətlərə görə xüsusi sertifikatlarla təltif edildi.

İndiyədək fond tərəfindən müəyyənləşdirilən 3 əsas istiqamət (cəmiyyət, ətraf mühit, heyvanlar) üzrə müxtəlif sosial layihələr icra edilib. Həssas qrupdan olan uşaq evlərində və sığınacaqlarda seminarlar, təlimlər, aztəminatlı ailələrə yardım aksiyaları, təhsil təqaüdü proqramı, sağlamlıqla bağlı müxtəlif maarifləndirici layihələr, regionlarda kütləvi ağacəkmə aksiyaları, sahilyani ərazilərdə təmizlik işləri, heyvan sığınacaqlarında dəstək aksiyaları keçirilib. "Qırmızı Ürəklər” Fonduna 2022-ci il ərzində 1041 donor tərəfindən, 200-dən artıq könüllülərin iştirakı ilə 700 min manata yaxın məbləğində vəsait 4028 benefesiara ianələr şəklində dəstək göstərilib.

Tədbirin rəsmi hissəsi bitdikdən sonra populyar müğənnilər Murad Arif və Samira çıxış edərək "Qırmızı Ürəklər”i ad günü münasibətilə təbrik etdi. 

"Qırmızı Ürəklər” Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək, həmçinin "Cəmiyyət” bölməsinə daxil olub ianələr etmək olar.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol