• $
  • €
  • ₽
  • ₺
  • £

Yelo Bank-da “Women Bankers’ Club”-ın görüşü keçirilib

Yelo Bank-da “Women Bankers’ Club”-ın görüşü keçirilib
15.12.2022 15:13
Yelo Bank-ın dəstəyi ilə daha bir uğurlu layihə həyata keçirildi. Ölkənin ilk və yeganə qadın bankçılar platforması olan "Women Bankers’ Club”-ın (WBC) uzunmüddətli fasilədən sonra ilk böyük görüşü Bankın tədbir zalında baş tutdu. "Rəqəmsal eranın liderləri" mövzulu tədbir iki paneldən ibarət idi. Hər panel öz sahəsinin peşəkarı olan üç spiker və bir moderatoru əhatə edirdi. Spikerlərin arasında Yelo Bank-ın İdarə Heyətinin sədr müavini Günay Cəlilova, Horizon Next Şirkətinin təsisçisi - Rəşid Əliyev, transformasiyalar üzrə ekspert, Geştalt Kouç  - Sevda Əliyeva, PAŞA Bank-ın Texnologiya blokunun baş direktoru – Vüsal Xəlilov, Kapital Bank-ın İR departamentinin direktoru – Fərqanə Məmmədova, eGov İnkişaf Mərkəzinin direktoru – Fariz Cəfərov yer almışdı. Spikerlər Rəqəmsal transformasiyada liderlərin rolu, onların meta bacarıqları, yeni iş yerləri, rəqəmsal idarəetmə və s. mövzuda təqdimatlar edib, iştirakçıların suallarını cavablandırdılar. Yelo Bank ölkənin maliyyə sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlərin aktiv iştirakçısı və təşəbbüskarıdır. Bir sıra mühüm təhsil və karyera layihələrinə dəstəkçi olmaqla yanaşı, Bank həm də Baş ofisinin 400 nəfərlik zalı ilə müxtəlif tədbirlərə ev sahibliyi edib.


WBC faydalı məlumatları, öz uğur hekəyalərini bölüşməyə, təlimlər, master-klaslar, eləcə də təhsil layihələrini həyata keçirməyə imkan yaradan bir platformadır. Klubun üzvləri yuxarı, orta və kiçik menecer kimi fəaliyyət göstərən qadın bankçılardır. Klubun formatı həmçinin maraqlı məruzəçilərlə əyləncə tədbirlərinin təşkilini də əhatə edir.


Bank xidmətləri, eləcə də ƏDV geri al (https://www.yelo.az/az/individuals/online-services/edv-geri-al/) haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.


Yelo Bank – Parlaq bankçılıq!



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol