İstanbul-Gəncə-İstanbul aviareyslərinin sayı artırıldı

Gəncə-İstanbul aviareysi həftədə 6 gün həyata keçiriləcək.Türk Hava Yollarının (THY) Gəncə nümayəndəliyindən APA-nın qərb bürosuna verilən məlumata görə, İstanbul-Gəncə-İstanbul istiqamətində uçuşları təşkil edən “Onur Air” aviaşirkətin fəaliyyətinin dayanması nəticəsində THY-dən istifadə edənlərin sayı artıb. Bunu nəzərə alan şirkət sözügedən istiqamətdə uçuşların sayını artırıb. Məlumata görə, əvvəllər uçuşlar çərşənbə axşamı, cümə axşamı, şənbə və bazar günləri həyata keçirilirdisə də, aprelin 1-dən etibarən həftənin çərşənbə və cümə günləri də uçuşlara başlanılıb. Nümayəndəlikdən bildirilib ki, çərşənbə, cümə və bazar günləri İstanbul-Gəncə-İstanbul uçuşları birbaşa, çərşənbə axşamı, cümə axşamı, şənbə günləri isə Gəncə-İstanbul birbaşa, İstanbul Gəncə isə Naxçıvana enməklə həyata keçiriləcək.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Son xəbərlər 
Daha çox 






















