• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı bulvarından inanılmaz sürpriz - FOTOLAR

Bakı bulvarından inanılmaz sürpriz - FOTOLAR
07.04.2014 12:32
Gələcəkdə Bakı Bulvarı dünyanın ən böyük və gözəl Dənizkənarı Milli Parkı olacaq. "Bayraq meydanı" ərazisindəki bulvarın tikilib istifadəyə verilməsindən sonra hazırda "Ağ şəhər" istiqamətində bulvar ərazisi böyüdülür.Ərazidə artıq söküntü işləri yekunlaşıb. Hazırda kommunikasiya sistemləri köçürülür.İş icraçılarının ANS PRESS-ə verdikləri məlumata görə, Dəniz Vağzalından "Ağ şəhər" istiqamətində uzadılacaq milli parkda bir çox yeniliklər olacaq. Yeni milli parkda ilk öncə istirahətə gələn vətəndaşların rahatlığını təmin etmək üçün həmin ərazidə pulsuz avtomobil dayanacağı da olacaq. Bundan əlavə, milli parkda xaricdən gətiriləcək müxtəlif ağac növləri əkiləcək.Bundan əlavə bulvar ərazisində yeni, müasir atraksionlar, dünyada məşhur olan müxtəlif əyləncə obyektləri quraşdırılacaq. İş icraçısının sözlərinə görə, "Ağ şəhər" ərazisindəki yeni bulvarda işlər 2015-ci ilə qədər başa çatacaq və istifadəyə veriləcək.Qeyd edək ki, hazırda Bakı bulvarının uzunluğu 8 kilometrdir. Dənizkənarı Milli Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun ANS PRESS-ə verdiyi məlumata görə, gələcəkdə parkın ərazisinin 16 kilometr, hətta 25 kilometrə qədər uzadılması nəzərdə tutulub."Əgər gələcəkdə bulvarın ərazisi 25 kilometrə qədər uzadılarsa, o zaman Bakının Milli Parkı dünyanın ən uzun bulvarı olacaq. Hazırda istifadəyə verilən bulvar ərazisində gəzinti qatarları fəaliyyət göstərir. "Ağ şəhər" istiqamətində bulvar ərazisi istifadəyə veriləndən sonra əlavə yeni qatarlar da alınacaq", - deyə Nazim Məcidov vurğulayıb.Hazırda "Ağ şəhər" istiqamətində tikilən bulvar ərazisindən çəkilən fotoları təqdim edirik.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol