• $
  • €
  • ₽
  • ₺
  • £

Bank Respublika “Bakı KOB evi”ndə növbəti filialını açdı

Bank Respublika “Bakı KOB evi”ndə növbəti filialını açdı
17.01.2023 10:33
Bu il fəaliyyətinin 5-ci ildönümünü qeyd edən, ölkəmizdə sahibkarlığın fəaliyyətinin dəstəklənməsində, dövlət və özəl qurumların bu sahədə xidmətlərinin əlaqələndirilməsində və KOB-ların inkişafı istiqamətində mühüm işlər görən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və fəaliyyətinin prioritet istiqaməti real sektorun maliyyələşdirilməsi olan Bank Respublika arasında olan əməkdaşlıq çərçivəsində növbəti addım atılıb.

Belə ki, Bank, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə açılmış yeni "Bakı KOB evi”ndə özünün növbəti filialını istifadəyə verdi. 
Sahibkarların həm dövlət həm də özəl sektorda fəaliyyət göstərən qurumların xidmətlərinə rahat, maneəsiz və şəffaf çıxışının təmin olunduğu 29 dövlət və 20 özəl qurumun təmsil olunduğu "Bakı KOB evi”ndə özünün 31-ci filialını açmaqla Bank Respublika da sahibkarlara geniş spektr xidmətlər təklif edərək öz töhfəsini verəcək. 

Qeyd edək ki, "Bakı KOB evi” ölkəmizdə biznes subyektləri üçün operativlik, şəffaflıq və rahatlıq prinsiplərinə, müasir innovasiyalara əsaslanan "G2B” (dövlət-biznes) və "B2B” (biznes-biznes) xidmətlərinin göstərildiyi vahid məkandır.

Yeni filial – Bakı şəhəri, akademik Ziya Bünyadov prospekti 38C, 1969-cu məhəllədə fəaliyyət göstərəcək. "Bank Respublika”nın hal-hazırda ölkənin bütün regionlarını əhatə edən 31 filialı və 3 şöbəsi var. Bank, filial şəbəkəsinin genişləndirilməsi strategiyasına uyğun olaraq daha bir neçə yeni filial və şöbəni müştərilərin xidmətinə verməyi planlaşdırır.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol