• $
  • €
  • ₽
  • ₺
  • £

Yelo Bankın daha bir rəqəmsal filialı Xaçmazda!

Yelo Bankın daha bir rəqəmsal filialı Xaçmazda!
18.01.2023 16:03
Yelo Bank regionlarda müştərilərinə daha yaxın olmaq üçün daha bir filialını istifadəyə verdi. Bu dəfə Bank Xaçmazda rəqəmsal konseptli parlaq filialını yerli sakinlərə təqdim etdi. Rəqəmsal filialın ənənəvi analoqlarından əsas üstünlüyü ondadır ki, burada bank əməliyyatları aparatlar vasitəsilə aparılır. Müştərilər bank əməkdaşı olmadan sərbəst şəkildə kart, biznes və istehlak krediti əldə edə, əmanət hesabı aça bilir. Bununla yanaşı, 24/7 rejimində hesablara mədaxil, kartdan vəsaitin nağdlaşdırılması, müxtəlif ödənişlər də etmək mümkündür. Bütün bu proseslər rəqəmsal filialda daha operativ və çevik baş verir.

Filialın açılışı münasibətilə "Yelo Bank”ın İdarə Heyətinin sədr müavini Elşən Pirmalıyev öz fikirlərini bildirib: "Xaçmaz filialı 2023-cü ildə regionlarda ilk istifadəyə verdiyimiz filial oldu. Əsas məqsədimiz burada fəaliyyət göstərən sahibkarlıq subyektləri və fərdi müştərilərə müxtəlif növ keyfiyyətli bank xidmətlərini göstərməkdir. "Parlaq Bankçılıq” konseptli bu rəqəmsal filialımız da digərləri kimi müştərilərə maksimal rahatlıq və sadə həllər təqdim edəcək. Əməliyyatların kassa olmadan aparatlar vasitəsilə aparılması nağdsız ödənişlərin inkişafına da öz töhfəsini verəcək. İlin sonunadək ölkənin digər bölgələrində xidmət şəbəkəmizi eyni konseptdə genişləndirməyə davam edəcəyik”.

Yeni filial Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi, 8C ünvanında yerləşir. Qeyd edək ki, hazırda Yelo Bank-ın 17 filialı və 1 özünəxidmət mərkəzi fəaliyyət göstərir.

Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!
 



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol