• $
  • €
  • ₽
  • ₺
  • £

“Bank Respublika”dan tarixi rekord!

“Bank Respublika”dan tarixi rekord!
24.01.2023 13:55
Ölkənin ən böyük banklarından biri olan Bank Respublika, 2022-ci ilin yekunlarına dair maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən, Bank dinamik inkişafını davam etdirərək, bütün göstəricilərdə artım nümayiş etdirib və tarixinin ən yüksək nəticələrini əldə edib!

2023-cü il yanvarın 1-nə Bankın aktivləri 29% artaraq 1,58 milyard manat təşkil edib ki, bu da ölkə bankları arasında ən yüksək göstəricilərd"Bank Respublika”dan tarixi rekord!

ən biridir. Açıqlanmış hesabatdan həmçinin görünür ki, Bank davamlı inkişaf üçün kifayət qədər yüksək kapital ehtiyatına malikdir. Belə ki, keçən ilin analoji dövrü ilə müqayisədə Bankın məcmu kapitalı 22% artaraq 127,47 milyon manat olmuş və minimum məcmu kapital normasını 2 dəfədən çox üstələmişdir.
Ötən illə müqayisədə Bankın xalis faiz gəlirləri 49%-dən çox artaraq 84,8 milyon manata, xalis əməliyyat mənfəəti 2 dəfədən çox artaraq 33,28 milyon manata, xalis mənfəəti isə 37 % artaraq 26,65 milyon manata çatıb.

12 ayın yekunlarına əsasən, Bankın depozit və kredit portfelində əhəmiyyətli dərəcədə artım müşahidə olunub. Belə ki, ötən illə müqayisədə bankın depozit portfeli 21% artmışdır ki, bu da çoxsaylı müştərilərin "Bank Respublika”ya olan inamını bir daha təsdiqləyir.

Ötən il Bank Respublika həm bank həm də ölkə iqtisadiyyatı üçün prioritet sahə olan real sektorun  kreditləşməsini davam etmişdir. Bank, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Hollandiya İnkişaf Bankı (FMO), Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE), Avropa İnvestisiya Şirkəti (EMF Microfinance Fund)  kimi nüfuzlu beynəlxalq maliyyə institutları ilə kredit müqaviləsi bağlamışdır. 

"Biz çox şadıq ki, 30 illik yubiley ilində Bank Respublika tarixinin ən yüksək nəticələrini əldə edə bildi. Bu müddət ərzində Bank Respublika Azərbaycanın maliyyə-kredit sistemində öz yerini möhkəm tutmuş etibarlı maliyyə institutu kimi özünü təsdiq etmişdir. Bu nəticənin əldə edilməsində verdiyi töhfəyə və əməkdaşlığa görə komandamıza, bütün müştərilərimizə və partnyorlarımıza öz dərin təşəkkürümü bildirmək istərdim! Bank Respublika qüsursuz fəaliyyəti, yüksək xidmət keyfiyyəti və rəqəmsal məhsul və xidmətlərinin tətbiqinin artırılması ilə gələcəkdə də ona göstərilən etimadı doğruldaraq dinamik inkişafını davam etdirəcək”, - deyə Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimov qeyd edib.

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.




www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol