• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana ötən il gələn turistlərin statistikası açıqlandı

Azərbaycana ötən il gələn turistlərin statistikası açıqlandı
02.04.2014 20:30
Azərbaycana ötən il ərzində 2 400 000 nəfərə yaxın turist gəlib. Trend-in məlumatına görə, bunu Mədəniyyət və Turiuzm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev Trend Beynəlxalq İnformasiya Agentliyinin Mətbuat Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər və 8-ci Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar sərgilərinin açılışı münasibətilə keçirilən mətbuat konfransında deyib.A.İsmiyev qeyd edib ki, ötən il ərzində Azərbaycana 2 508 000 nəfər xarici ölkə vətəndaşı gəlib. Həmin şəxslərin arasında Azərbaycanda təhsil alan və işləyən xarici ölkə vətəndaşlarının da olması nəzərə alınsa, ölkəyə gələn turistlərin sayı 2 milyon 400 min nəfər olub.Nazirliyin şöbə müdiri qeyd edib ki, Azərbaycana gələn turistlər bir həftə ərzində 700-800 dollar pul xərcləyirlər. Onlar bu vəsaiti daha çox mehmenxanalarda yerləşdirilmələrinə, yeməyə, ekskursiyalara və s. sərf edirlər: "Azərbaycanda son 2-3 il ərzində 3-4 ulduzlu hotellərin sayı artıb. Onlarda yerləşdirmənin qiyməti bir gün üçün 60-80 manatdır".A.İsmiyev qeyd edib ki, Azərbaycana gələn turistlər ölkənin bütün regionlarına maraq göstərirlər. Onlar Azərbaycanın Şəki, Qusar, Şamaxı, Lerik, Lənkəran rayonlarına səfərlər edirlər.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol