• $
  • €
  • ₽
  • ₺
  • £

ABB “TamGənc” Basketbol Liqasının əsas tərəfdaşı oldu!

ABB “TamGənc” Basketbol Liqasının əsas tərəfdaşı oldu!
09.02.2023 18:22
Korporativ sosial məsuliyyəti çərçivəsində ölkəmizdə idmanın inkişafına dəstək layihələrini davam etdirən ABB Azərbaycan Basketbol Federasiyası ilə də tərəfdaşlığa başlayıb. ABB ötən ilin dekabrından start götürmüş basketbol üzrə tələbə liqasına dəstək verir. Liqanın adı "TamGənc” Basketbol Liqası olaraq müəyyənləşib. 

Qeyd edək ki, "TamGənc” Basketbol Liqası” adı ABB-nin 18-25 yaş arasında gənclər üçün nəzərdə tutduğu TamGənc kartı ilə bağlıdır. TamGənc kartı ötən il bazara təqdim edilib və gənc müştərilərə bir çox üstünlüklər yaradır. "TamGənc” Basketbol Liqasında ölkəmizdəki 7 universitetin komandaları yarışmaqdadır. Onlar Bədən Tərbiyəsi və İdman Akademiyasının, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Bakı Dövlət Universitetinin, Azərbaycan Neft və Sənaye Universitetinin, Bakı Mühəndislik Universitetinin, Xəzər Universitetinin komandalarıdır. Yarışlar Azərbaycan Texniki Universitetinin idman zalında keçirilir. "TamGənc” Basketbol Liqasının final qarşılaşması mayın 19-da olacaq. 

ABB-nin bu idman tədbirinə tərəfdaş dəstəyi göstərməkdə əsas məqsədi gənc nəslin fiziki sağlamlığı üçün son dərəcə faydalı idman növü olan basketbola həvəsi artırmaq, gənclər arasında onun kütləviliyinə nail olmaqdır. 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. 



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol