• $
  • €
  • ₽
  • ₺
  • £

ABB 1 milyon manat ianə etdi!

ABB 1 milyon manat ianə etdi!
13.02.2023 14:19
ABB Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə yardım məqsədilə 1 milyon manat ianə edib. Vəsait Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) hesabına köçürülüb. 

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bu addımın Bankın korporativ sosial məsuliyyətinə uyğun atıldığını bildirib: "Dövlətimizin və vətəndaşlarımızın dəstəyinə qoşularaq ABB də bu çətin məqamda qardaş Türkiyəyə kömək göstərməyə çalışır. Faciə ilə bağlı Türkiyə xalqına başsağlığı verir, zəlzələ nəticəsində dünyasını dəyişənlərə rəhmət, yaralılara şəfa diləyirik”.  

 Bankın ABB Mobile tətbiqi istifadəçilərinin də tətbiq üzərindən yardımları davam etməkdədir. Vəsaitlər AFAD-ın hesabına köçürülür. Zəlzələdən zərər çəkənlərə yardımları bu Türkiyə bankları  vasitəsilə də köçürmək mümkündür. ABB Mobile, eləcə də banklar vasitəsilə köçürmə zamanı komissiya haqqı və ƏDV tutulmur. 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol