• $
  • €
  • ₽
  • ₺
  • £

Ukrayna üçün beynəlxalq fonda 630 milyon dollar köçürülüb

Ukrayna üçün beynəlxalq fonda 630 milyon dollar köçürülüb
15.02.2023 17:00
Ukraynaya yardım üçün beynəlxalq fonda 630 milyon dollar köçürülüb. Bu barədə Reuters agentliyi xəbər verib.

Agentliyin məlumatına görə, Böyük Britaniya, Danimarka, İslandiya, Litva, Hollandiya və İsveç bu məbləğlə fondu doldurub.

Daha əvvəl Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktoru Kristalina Georgiyeva bildirmişdi ki, Ukrayna bu il iqtisadiyyatı dəstəkləmək üçün 40 milyard dollardan 48 milyard dollara qədər vəsaitə ehtiyac duya bilər. Georgiyeva deyib ki, BVF hazırda Ukrayna üçün maliyyə proqramı hazırlayır. O, təşkilatın bu yolla ölkəyə "müharibə iqtisadiyyatı”nın aparılmasında dəstək verdiyini açıqlayıb.

Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Josep Borrell NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin toplantısına gələrkən, Aİ xarici işlər nazirlərinin keçiriləcək iclasında Ukraynaya Avropa Sülh Fondundan silahların tədarükü ilə bağlı yeni təkliflər təqdim edəcəyini bildirib. 
 
2022-ci ilin fevralın 24-də Rusiya prezidenti Ukraynada hərbi əməliyyat keçirilməsi barəsində fərman imzalayıb. Bu gün hərbi əməliyyatların 357-ci günüdür. Bu döövr ərzində Ukraynadan digər ölkələrə 8 milyondan çox qaçqın gedib. Amerika və Avropanın bir çox ölkələri Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etsələr də Rusiya geri addım atmayıb. Hazırda Avropa Parlamenti Rusiyaya qarşsı 10-cu sankisya paketini hazırlayır. Müharibə başlayandan dünyanın bir çox brendləri Rusiya bazarından çıxıb.
 
Gülnar Nazimqızı 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol