• $
  • €
  • ₽
  • ₺
  • £

“EY İlin İş Adamı” müsabiqəsinin qalibi elan edildi

“EY İlin İş Adamı” müsabiqəsinin qalibi elan edildi
17.02.2023 18:42
Azərbaycanda dördüncü ildir ki, keçirilən "EY İlin İş Adamı” müsabiqəsi başa çatıb. Fevralın 16-da JW Marriott Absheron otelində təşkil edilmiş tədbirdə qalib elan edilib. ABB-nin dəstəyi ilə keçirilən müsabiqənin əsas qalibi "Simbrella” şirkətinin baş direktoru və təsisçisi Seymur Məmmədov olub. O, Azərbaycanı "Dünya Üzrə İlin İş Adamı” müsabiqəsinin beynəlxalq mərhələsində təmsil edəcək. "Simbrella” şirkəti maliyyə texnologiyaları (FinTech) sahəsində qlobal miqyasda fəaliyyət göstərən Azərbaycan şirkətidir. Qalib biznes icmasının, beynəlxalq maliyyə qurumlarının nümayəndələri və tanınmış şirkət rəhbərlərindən ibarət müstəqil münsiflər heyəti tərəfindən 13 namizəd arasından seçilib. 

"İnnovasiya” nominasiyasında isə "Pickvisa” şirkətinin təsisçisi Baba Ağayev, "Sosial təsir” nominasiyasında "CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri Zaur Darabzadə, "Regional inkişaf” nominasiyasında "Savalan ASPI Winery”nin rəhbəri Fuad Seyidəliyev təltif olunub. 

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov Bankın artıq dördüncü ildir ki, "EY İlin İş Adamı” müsabiqəsinə dəstək verdiyini diqqətə çatdırıb: "Bu müsabiqə yenilikçi iş adamlarımızı cəmiyyətimizə tanıdır, sağlam rəqabət mühiti yaradır, sahibkarlarımızı ruhlandırır ki, həmişə ən yaxşı olmaq uğrunda çalışsınlar. Bütün bunlar ölkəmizin biznes mühitinə mühüm töhfələrdir. "EY Azərbaycan” şirkəti bu müsabiqəni Azərbaycana gətirməklə çox gözəl bir ənənənin əsasını qoydu. Müsabiqənin niyyəti ABB olaraq bizim korporativ dəyərlərimizlə, sosial məsuliyyət prinsiplərimizlə tam üst-üstə düşür. Ona görə "EY İlin İş Adamı Müsabiqəsi”nə dəstək veririk və ölkəmizdə belə bir faydalı ənənənin formalaşmasında yaxından iştirakımızla qürur duyuruq”.

"EY Azərbaycan” şirkətinin ölkə üzrə idarəedici partnyoru İlqar Vəliyev deyib: "Son illərdə pandemiya və geosiyasi məsələlər qlobal dəyişikliklərə səbəb olub. Bunlar həm Azərbaycanda, həm də dünyanın digər ölkələrində fəaliyyət göstərən sahibkarların bizneslərinə öz təsirini göstərib. "EY”ın ölkəmizdə təşkil etdiyi bu müsabiqənin məqsədi yaşanan çətinliklərə baxmayaraq sahibkarlıq ruhunu üstün tutmuş və yollarına davam etməyə qərar vermiş layiqli şəxsiyyətləri qiymətləndirməkdir. İnanıram ki, bu əzm və dayanıqlılıq nümayiş etdirən insanlar bazarda yaşanan tənəzzülün öhdəsindən uğurla gələrək digərlərini ruhlandırmağa və bizneslərin inkişafı üçün çalışmağa davam edəcəklər. "EY şirkəti, yaşadıqları və fəaliyyət göstərdikləri cəmiyyət üçün dəyər yaradan, olduqca maraqlı uğur hekayəsi olan  "EY İlin İş Adamı” müsabiqəsinin iştirakçılarını mükafatlandırmaqdan qürur duyur” – deyə o, əlavə edib.

bp şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: "Biz "EY İlin İş Adamı” müsabiqəsini dəstəkləməyə davam etməkdən məmnunuq, çünki o, sahibkarlığın uğurlarını və yerli müəssisələrin nailiyyətlərini tanıyır və üzə çıxarır. Bu məqsəd bp şirkətinin sahibkarlığın və yerli təchizat zəncirlərinin inkişafına yönəllmiş səyləri ilə üst-üstə düşür".

Müsabiqənin qalibi, "Simbrella” şirkətinin baş direktoru və təsisçisi Seymur Məmmədov bildirib: "İştirakçılarla tanış olanda mən başa düşdüm ki, hər kəs qalib olmağa layiqdir. Onlarla birlikdə finalda iştirak etmək mənim üçün şərəfdir. Seçilməyimi gözləməsəm də bu, mənim üçün çox sevindirici və qürurvericidir”.

EY şirkəti tərəfindən təsis edilmiş "EY İlin İş Adamı” müsabiqəsi 1986-cı ildən keçirilir. Hazırda 60-dan çox ölkədə təşkil olunur və dünyanın ən nüfuzlu işgüzar mükafatlarından sayılır. "EY İlin İş Adamı" proqramının məqsədi yüksək potensiala malik iş adamlarının uğurlarını nümayiş etdirməkdir. ABB-dən başqa bu il bp, Veysəloğlu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), EKVİTA şirkəti və AZPROMO da müsabiqəyə dəstək verib.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. 



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol