• $
  • €
  • ₽
  • ₺
  • £

Birbank-la Türkiyəyə kart köçürmələri komissiyası ləğv olundu

Birbank-la Türkiyəyə kart köçürmələri komissiyası ləğv olundu
21.02.2023 14:24
Bildiyiniz kimi, 6 fevral tarixində Türkiyənin müxtəlif bölgələrində çoxsaylı insan tələfatı ilə nəticələnən silsiləli zəlzələlər qeydə alınıb. Qardaş ölkəyə dəstək tədbirləri çərçivəsində Birbank vasitəsilə Türkiyənin bank kartlarına edilən köçürmələrə görə komissiya 31 mart 2023-cü il tarixinədək ləğv olundu.

Komissiyanın tətbiq olunmaması istənilən növ Kapital Bank kartlarından, lakin yalnız Birbank rəqəmsal bankı vasitəsilə edilən karta köçürmə əməliyyatlarına şamildir. İstifadəçilər qeyd olunan köçürmələri xidmət haqqı tətbiq olunmadan öz kart limitləri daxilində həyata keçirə bilərlər.

Bundan başqa Suriyaya Western Union təcili pul köçürmə sistemi vasitəsilə vəsait göndərərkən müştərilərdən heç bir komissiya haqqı tutulmayacaq. Aksiya 8 mart 2023-cü il tarixinədək davam edəcək. Western Union sisteminin özəllikləri, məbləğ limitləri, köçürmə əməliyyatları və digər məlumatlarla saytdan tanış olmaq mümkündür – https://kbl.az/wsunpr.

 Türkiyədə baş vermiş dəhşətli təbii fəlakət nəticəsində zərərçəkmiş şəxslərə kömək məqsədilə Kapital Bank tərəfindən yaradılan Qırmızı Ürəklər Fondunun "Türkiyə üçün bir ürək olaq!” adlı yardım vəsaitinin toplanılması aksiyası davam edir. Aksiyaya dəstək olmaq üçün https://redhearts.az/ saytı, Birbank rəqəmsal bankı, eləcə də Kapital Bank-ın ödəniş terminalları vasitəsilə "Qırmızı Ürəklər” Fonduna ianə edə bilərsiniz.

Həmçinin zəlzələ zamanı zərərçəkmiş şəxslərə dəstək məqsədilə PAŞA Holding və Kapital Bank da daxil olmaqla onun törəmə şirkətləri Türkiyənin iki önəmli yardım fonduna — Ahbap və Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinə (AFAD) hər birinə 500 000 ABŞ dolları olmaqla vəsait ianə ediblər.

Ölkənin ilk rəqəmsal bankı olan Birbank bir sıra üstünlüklərə və imkanlara malikdir: rahat qeydiyyat, kartlara və hesablara nəzarət, ödənişlər, taksit kartının və nağd pul kreditinin onlayn əldə edilməsi, bonusların idarə olunması və s. Ətraflı məlumat üçün Birbank tətbiqini yükləyin, https://birbank.az saytına daxil olun və ya 196 Məlumat Mərkəzinə zəng edin.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol