• $
  • €
  • ₽
  • ₺
  • £

Ölkəyə gətirilən elektromobillərin sayı açıqlandı

Ölkəyə gətirilən elektromobillərin sayı açıqlandı
24.02.2023 13:21
2023-cü ilin fevralın 20-dək Azərbaycana elektrik mühərrikli 195 ədəd avtomobil idxal olunub, 2022 ci ildə isə 486 ədəd artıb.  Bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini İsmayıl Hüseynov "Rəqəmsal idarəetmə platforması və yeni iqtisadi təşəbbüslərin təqdimatı" mövzusunda konfransda deyib.
 
Bildirilir ki, 2019-cu ildə Azərbaycana 132 ədəd, 2020-ci ildə 167 ədəd, 2021-ci ildə isə 160 ədəd elektrik mühərrikli avtomobil idxal olunub.
 
Onun sözlərinə görə, elektromobillərin və hibrid nəqliyyat vasitələrinin istifadəsi ilə əlaqədar olaraq təhlilin və qiymətləndirmənin keçirilməsi, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi üzrə təkliflərin hazırlanması, elektromobillərin və hibrid nəqliyyat vasitələrinin istifadəsinin genişləndirilməsi üçün maliyyə əlçatanlığının təmin edilməsi, elektromobillərin və hibrid nəqliyyat vasitələrinin istifadəsinin stimullaşdırılması və təşviqi üçün zəruri infrastrukturun yaradılması  istiqamətində işlər aparılır.
 
2023-cü ilin yanvarında Azərbaycana 102 milyon 621 min dollar dəyərində 6 881 ədəd nəqliyyat vasitələri idxal olunub.

Ötən ilin yanvarında isə Azərbaycana 68 milyon 215 min dollar dəyərində 5 685 ədəd nəqliyyat vasitələri idxal olunub. Belə ki, illik müqayisədə nəqliyyat vasitələrinin idxalı dəyər ifadəsində 51%, miqdar ifadəsində 21% artıb.

Bu ilin yanvarında 91 milyon 449 min dollar dəyərində 6 458 ədəd minik avtomobili idxal edilib, halbuki ötən ilin eyni dövründə 48 milyon 997 min dollar dəyərində 5 231 ədəd minik avtomobili idxal edilmişdi.

Avomobillərin 119-u (4 milyon 938 min ABŞ dolları dəyərində) yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri olub. 2022-ci ildə 505 min dollarlıq 13 ədəd elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal olunub. (miqdar ifadəsində artım 9 dəfə, dəyər ifadəsində 9.8 dəfə)

Nazirlər Kabinetinin qərarına əsasən, zavod buraxılış tarixindən 3 ilədək ötmüş elektrik minik avtomobilləri idxal gömrük rüsumundan azad edilib.
 
Aytac Zeynalova

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol