• $
  • €
  • ₽
  • ₺
  • £

71,9 milyon manat subsidiyanın verilməsi təsdiqlənib -NAZİR

71,9 milyon manat subsidiyanın verilməsi təsdiqlənib -NAZİR
03.03.2023 17:03
Sahibkarlığın İnkişafı Fonduna daxil olmuş müraciətlər üzrə 71,9 milyon manat subsidiyanın verilməsi təsdiqlənib. Bunu  iqtisadiyyat naziri Mikayıl Cabbarov  tvitter hesabında paylaşıb.

Yanvarın 1-dək İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fonduna daxil olmuş müraciətlər əsasında kredit faizlərinin subsidiyalaşdırılması çərçivəsində sahibkarlara 68,5 milyon manat ödənilib.

"Sahibkarlara dəstək çərçivəsində tətbiq edilən kredit faizlərinin subsidiyalaşdırılması mexanizmi iqtisadi aktivliyin təmin olunmasına və biznes subyektləri tərəfindən daha çox layihənin reallaşdırılmasına imkan yaradır”,- Nazir əlavə edib.
 
2022-ci ildə SİF tərəfindən ümumi dəyəri 399,4 milyon manat olan 2726 investisiya layihəsinin maliyyələşdirilməsinə 145,9 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 3000-dən çox yeni iş yerinin açılması imkanı yaranıb.
 
Verilmiş kreditlərin 59,8%-i kənd təsərrüfatı, 23,9%-i sənaye məhsullarının istehsalı və emalı, 6,5-%-i turizm, 9,9%-i isə digər (təhsil, tibb və s.) sahələrin inkişafına yönəldilib. Güzəştli kreditlərin 70,6%-i regionların, 29,4%-i isə Bakı şəhəri və Abşeronun payına düşür. Ötən il verilmiş güzəştli kreditlərin layihə sayı üzrə 99,9%-i, kreditin məbləği üzrə isə 98,3%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə verilib.
 
2022-ci il ərzində 26,1 milyon manat subsidiya ödənilib.
 
Aytac Zeynalova

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol