• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda novruzda hotel qiymətləri artacaq - DEPUTAT

Azərbaycanda novruzda hotel qiymətləri artacaq - DEPUTAT
13.03.2023 15:29
Azərbaycanda Novruz bayramı ərəsəfində 4və 5 ulduzlu hotellərdə qiymətlər adi günlər ilə müqayisədə orta hesabla 3 dəfə baha olacaq. Bu barədə deputat Vüqar Bayramov facebook hesabında bildirib.
  
"İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) qiymət monitorinqləri göstərir ki, bayram günlərində hotellərdə qiymətlər adi günlər ilə müqayisədə orta hesabla 3 dəfə baha olacaq. Regionlarda turizmin inkişafı vacibdir və bu valyutanın ölkədə qalması baxımdan da prioritetdir. Amma turizm xidmətlərinin və eləcə də hotel qiymətlərinin əlçatan olması da olduqca əhəmiyyətlidir. Yüksək qiymətlər bayram günlərində turizmin əlçatanlığını kəskin azaldır",- deputat bildirib.
 
Vüqar Bayramov qiymət artımının səbəbini Azərbayca tikilən hotellərin 1,2 və ya ulduzsuz otellərin olmaması ilə əlqələndirir.

"Turizmdə qiymətlərin yüksək olmasının əsas səbəblərindən biri 1, 2 və ya ulduzsuz hotellərin sayının az və bu sahədə rəqabətin zəif olmasıdır. Bu baxımdan, çoxulduzlu hotellərlə bərabər, 1 və 2-ulduzlu otellərin tikilməsi oludqca vacibdir. Belə hotellərin qiyməti daha aşağı olur və daha çox turistlər cəlb edir. Təəssüf ki, bu gün ölkəmizdə sahibkarlar daha çox 4-5-ulduzlu, bahalı hotellərin tikintisinə maraq göstərirlər. Buna görə də, az ulduzlu hotellərin inşaatının sürətləndirilməsi bu istiqamətə daha çox aşağı faizli kreditlərin ayrılması və güzəştlərin tətbiqini aktuallaşdırır. Bu sahibkarların stimullaşdırılması baxımdan vacibdir", - deputat əlavə edib.
 
Qiymət artımı ilə bağlı bir neçə otellə əlaqə saxladıq. 
 
Qəbələdə yerləşən Qafqaz Hotellər Qrupuna daxil olan "Qafqaz Riverside Hotel"də günlük qiymətləri iki nəfərlik üçün 258 manatdan başlayır.  Bura səhər yeməyi və spa xidmətləri daxildir. Martın 26-dan sonra qiymət iki nəfər üçün 175 manat olacaq.
 
"Qafqaz Tufandag Hotel"də bir gecəlik standart otaqda istirahət 298 manatdır. Buraya səhər yeməyi daxildir. Otaqların qiyməti 500 manata qədər dəyişir.  Bayramdan sonra aprel üçün qiymətlər isə 190 manat civarında tətbiq ediləcək.
 
"Qafqaz Resort Hotel"-də hotel binası işləmədiyi üçün koteclər fəaliyyət göstərir və qiymətlər 235 manatdan başlayır. 
 
"Şahdağ Hotel Spa" bayram ərəfəsində 2 nəfərlik hotelin qiyməti 190-220 AZN arasında dəyişir. VİP otaqlar isə 240-270 arası dəyişir. Xidmətlərə səhər yeməyi və SPA xidmətləri daxildir. 

"Qəbələ Atıcılıq Klubunda bir gecəlik qiymət 90 manat müəyyən olunub. 

Şəkidə "Marxal Resort & Spa"-da martın 19-dan 27-dək hoteldə iki nəfər üçün standart otağın qiyməti səhər yeməyi daxil 260 manatdan başlayır. Hotel 2 nəfərlik standart eyvansız otaqları 520 AZN, delüks otaqlar isə 660 AZN manat olub.
 
"Lankaran Springs Wellness Resort" hoteldə 2 nəfərlik standart otaqlar 375 AZN müəyyən olunub.
 
2022-ci ilin statistikasına görə, ölkədə 757 hotel fəaliyyət göstərir.
 
Məlumata görə, 17 hotel 5, 11 hotel 4, 5 hotel isə 3 ulduzludur.


Aytac Zeynalova

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol