• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda bal istehsalı artıb - RƏSMİ

Azərbaycanda bal istehsalı artıb - RƏSMİ
14.03.2023 14:31
2022-ci ildə 32933 təsərrüfatda 656,1 min arıdan 7445,9 ton bal əldə olunub. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.
 
Hesabata görə, 174,1 ton mum, 19,1 ton vərəmum, 23,4 ton güləm və 379,1 kq arı südü əldə olunub.
 
Balın 1 kiloqramının orta satış qiyməti 26,7 manat, mumun - 14,7 manat, vərəmumun - 91,0 manat, güləmin - 131,7 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 5,6 manat təşkil edib.

2018-ci illə müqayisədə 2022-ci ildə arı ailələrinin sayı 1,3 dəfə, bal istehsalı isə 1,5 dəfə artıb.
 
Ümumiyyətlə, "Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi dövrdən sonrakı 14 ildə bal istehsalı 5,3 dəfə, arı ailələrinin sayı 4,6 dəfə artmış, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 11,1-dən 19,9-dək yüksəlmişdir.  
 
Ötən il balın 1 kiloqramının orta satış qiyməti 25,3 manat, mumun - 13,2 manat, vərəmumun - 92,3 manat, güləmin - 117,5 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 6,5 manat olub.

"Azərbaycanda arıçılığın inkişafının stimullaşdırılması haqqında" Azərbaycan Prezidentinin 2018-ci il 5 mart tarixli Sərəncamına əsasən arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat subsidiya müəyyən edilib.
 
Layihə çərçivəsində Kəlbəcərdən 59, Laçından 15 arıçı fermer olmaqla ümumilikdə 74 arıçı fermer tərəfindən 4531 arı ailəsi, 8569 baş xırdabuynuzlu heyvanın dislokasiya üzrə köçürülməsi təşkil edilib. 
 
2021- ci ildə bal yarmarkasında 100 tondan artıq arıçılıq məhsulu satılıb. Yarmarkada iştirak edən hər bir arıçıya bir arı ailəsi üzrə 10 kq olmaqla maksimum 400 kq bal və hər arı ailəsi üzrə 1 ədəd olmaqla maksimum 30 ədəd arı şanı (çərçivə) çıxarmaq hüququ verilib.
 
Aytac

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol