• $
  • €
  • ₽
  • ₺
  • £

Bu ilin iki ayında ixrac olunan qazın həcmi açıqlanıb

Bu ilin iki ayında ixrac olunan qazın həcmi açıqlanıb
16.03.2023 12:42
2023-cü ilin yanvar-fevralında Azərbaycanda hasil edilmiş 5,1 milyon ton neftin 4,1 milyon tonu ixraca nəql edilib, bunu energetika naziri Pərviz Şahbazov tvitter hesabında yazıb.
 
O bildirib ki, bu dövrdə 4 % artımla hasil edilmiş 8 milyard kubmetr qazın 4,3 milyard kubmetri ixrac olunub.
 
2023-cü ilin yanvarında Azərbaycanda neft hasilatı 2,7 milyon ton, qaz hasilatı isə 4,2 milyard kubmetr təşkil edib. Azərbaycan Dövlət Neft şirkəti tərəfindən ötən ay 0,7 milyon ton neft, 0,8 milyard kubmetr qaz hasil edilib. 
 
Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP qaz kəməri "Mərhələ-2” layihəsi çərçivəsində "Şahdəniz” yatağından ildə 10 milyard kubmetr qazın nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin ötürmə qabiliyyəti onun ötürücülüyünü ildə 20 milyard kubmetrə çatdırmağa imkan verir.

TAP AG 2026-cı ildən etibarən qaz kəmərinin ildə 1,2 milyard kubmetr qazla genişləndirilməsinin birinci mərhələsini həyata keçirəcək.

Hazırda Azərbaycandan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən neft və "Şahdəniz" yatağından hasil edilən kondensat nəql olunur. Bundan əlavə, boru kəməri ilə Türkmənistan və Qazaxıstandan neft nəql edilir.

Azərbaycan 2023-cü ildə Avropaya təxminən 12 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır.
 
Aytac Zeynalova

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol