• $
  • €
  • ₽
  • ₺
  • £

BTC ilə apreldə 125 min ton Qazaxıstan nefti ixrac ediləcək

BTC ilə apreldə 125 min ton Qazaxıstan nefti ixrac ediləcək
27.03.2023 21:54
"KazTransOil” SC "Tengiz” yatağından Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə 9,959 min ton neft ixrac edib. Bu barədə SOCAR məlumat verir. 

" "KazTransOil” Səhmdar Cəmiyyəti Qazaxıstanın "Tengiz” yatağından çıxarılan 9,959 min ton nefti Bakı-Tbilisi-Ceyhan neft kəmərin ilə dünya bazarına çıxartmaq üçün Prezident Heydər Əliyev adına tankerlə Aktau limanından Bakıya yola salıb”, -  SOCAR məlumatında deyilir. 

Şirkətin məlumatına görə, martın sonunadək bu marşrutla daha 10 min ton Tengiz neftinin göndərilməsi planlaşdırılır.

Ümumilikdə martda bu marşrutla "Tengiz"- dən 20 min tona yaxın neftin daşınması planlaşdırılır. Apreldə planlaşdırılan göndərmə həcmləri nəzərəçarpacaq dərəcədə yüksəkdir.

"2023-cü ilin apreli üçün Bakı-Tbilisi-Ceyhan istiqamətində neft daşınmasının planlaşdırılan kütləsi 125 min ton təşkil edəcək”, -  şirkətdən bildirilib.

Qazaxıstan neftinin BTC boru kəməri ilə nəqli üçün Aktau limanından Bakıya gətirilməsi bu ilin fevralında nəzərdə tutulmuşdu.  Lakin Ceyhan terminalında yükləmə əməliyyatları müvəqqəti olaraq dayandırıldığı  daşınma ləngidimişdi.
 
"Tengizşevroil” (Tengiz yatağının işlənməsi üzrə operator) öz növbəsində Türkiyədə baş vermiş zəlzələnin nəticələrinə görə, ixracın dayandırıldığını bildirmişdi.
 
"Tengiz" yatağından başqa Qazaxıstan Bakıya martın 20-də "Kaşaqan" yatağından da 6,500 min ton neft göndərib ki , o da daha sonra BTC ilə nəql ediləcək. 
 
2023-cü ilin  ilk iki ayında  Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə vurulan neftin həcmi 4 milyon 628,7 min ton təşkil edib ki, bu da 2022-ci ilin yanvar-fevralı ilə müqayisədə 8,2% çoxdur. .


2023-cü ilin yanvar-fevralında Azərbaycanın magistral neft kəmərləri ilə nəql olunmuş neftin ümumi həcminin 76,5 faizi BTC-nin payına düşüb. 


2023-cü ilin yanvar-fevralında BTC ilə vurulan tranzit neft 626,7 min ton (azalma 21,8%) təşkil edib.


2022-ci ildə BTC boru kəməri ilə vurulan neftin həcmi 29 milyon 749,6 min ton (artım 12,6%), o cümlədən 5 milyon 103,9 min ton tranzit neft (artım 41,8%) təşkil edib.


Hazırda BTC neft kəməri ilə "Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən  neft və "Şahdəniz” yatağından çıxarılan qaz kondensatı, həmçinin SOCAR nefti nəql edilir. 

BTC neft kəmərinin uzunluğu 1768 min kilometrdir ki, bunun 443 kilometri Azərbaycan, 249 kilometri Gürcüstan, 1076 kilometri Türkiyədən keçir. Kəmərin ötürmə qabiliyyəti ildə 50 milyon tondan artıqdır.


BTC Co.-nun səhmdarları. bunlardır BP (30,1%); SOCAR (25%); MOL (8,9%); Equinor (8,71%); TPAO (6,53%); ENI (5%); Itochu (3,4%); ExxonMobil (2,5%); INPEX (2,5%), TotalEnergies (5%) və ONGCVidesh (2,36%) şirkətləridir.
 
N.Təbrizli
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol