• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR “Avro-5” standartlarına uyğun benzin və dizel istehsal edəcək

SOCAR  “Avro-5” standartlarına uyğun benzin və dizel istehsal edəcək
28.03.2023 21:37
2023-cü ildə Heydər Əliyev adına Bakı Neft Zavodunda (BNEZ) "Avro-5” ekoloji standartlara uyğun dizel yanacağı və avtomobil benzinin istehsalına başlanacaq.

"Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun yenidən qurulması və modernləşdirilməsi layihəsi çərçivəsində yeni qurğuların tikintisi 93%, mpvcud qurğuarın modernləşdirilmsi 99% icra olunub. 2023-cü ildə zavodda ""Avro-5” ekoloji standartlara uyğun dizel yanacağı və avtomobil benzinin istehsalına başlamaq planlaşdırılır”, - bu barədə 2022-ci il ərzində Azərbaycan hökumətinin hesabatında deyilir.

2022-ci ildə BNEZ-də 6 milyon 240,3 min ton neft emal olunub, bunun nəticəsində 1 milyon 282,7 min ton avtomobil benzini, 563,7 min ton reaktiv yanacaq, 2 milyon 40,1 min ton dizel yanacağı, 244,8 min ton maye qaz, 342,6 min ton bitum, 12,5 min ton sürtkü yağları, 209,6 min ton koks və digər neft məhsulları əldə olunub.

2022-ci ildə BNEZ-də neft emalının dərinliyi 96,3% təşkil edib.

Ötən il istehsal olunan neft məhsullarının ümumi həcmindən 90%-i daxili bazarda satılıb, 10%-i - ixraca yönəldilib.

2022-ci ildə Azərbaycandan neft məhsullarının ixracından SOCAR şirkətinin gəlirləri $726,4 milyon, daxili bazarda satışından daxilolmalar - 4 milyard 463,2 milyon manat (cari məzənnə ilə $2 milyard 625,4 min). Beləliklə, 2022-ci ildə şirkətin neft məhsullarının satışından gəlirləri $3,35 milyardı keçib (İF-Az).

Hazırda BNEZ-in modernləşdirilməsi və yenidən qurulması layihəsi reallaşdırılır. BNEZ-in illik emal gücü 6,5 milyon ton təşkil edir.
 
Layihə nəticəsində zavodda Xəzər regionu ölkələrinin bütün neft növlərinin emalı mümkün olacaq. Layihənin 2027-ci ildə tam başa çatdırılması planlaşdırılır.

Modernləşdirilmə işlərindən sonra BNEZ-də illik 2,2 milyon ton avtomobil benzini (hazırda 1,2 milyon ton təşkil edir), 2,9 milyon ton dizel yanacağı (hazırda 1,9 milyon ton), 1 milyon ton reaktiv yanacaq (hazırda 600 min ton) və 390 min ton neft-kimya məhsulları (hazırda 112 min ton) istehsal olunacaq.

Layihə $2,2 milyard məbləğində qiymətləndirilib.
 
N.Təbrizli

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol