• $
  • €
  • ₽
  • ₺
  • £

İğdır-Naxçıvan kəmərinin Türkiyə hissəsinin tikintisinə başlanılacaq - NAZİR

İğdır-Naxçıvan kəmərinin Türkiyə hissəsinin tikintisinə başlanılacaq - NAZİR
30.03.2023 13:47
Yaxın zamanlarda İğdır-Naxçıvan kəmərinin Türkiyə hissəsinin tikintisinə başlanılacaq.  Bu barədə energetika naziri Pərviz Şahbazov tvitter  hesabında yazıb.

O , Budapeştdə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməzlə görüşdüyü bildirib.
 
Azərbaycanla Türkiyə arasında İğdır-Naxçıvan qaz kəməri ilə bağlı anlaşma memorandumu 2020-ci il dekabrın 15-də imzalanıb.
 
2022-ci ildə İğdır-Naxçıvan qaz kəmərinin tikintisi layihəsinə 7,4 milyon dollar investisiya qoymaq planlaşdırılmışdı.

2023-cü ildə layihənin ümumi investisiya dəyəri 13,7 milyon dollar olacağı müəyyən edilib.

Layihə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin BOTAŞ şirkəti tərəfindən reallaşdırılacaq.

Boru kəmərinin İğdırdan Naxçıvana - Sədərək rayonuna qədər olan hissəsi 85 kilometr təşkil edəcək. Bu boru kəməri illik 500 milyon, gündəlik isə 1,5 milyon kubmetr qaz nəql etmək həcminə malik olacaq.
 
Aytac

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol