• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 2,8 dəfə artıb

Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 2,8 dəfə artıb
30.03.2023 20:57
2022-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti rekord həddə - 23 milyard 478,1 milyon dollar və ya ÜDM-in 23,5%-ni təşkil edib. Bu barədə Mərkəzi Bank xəbər verib. 


2021-ci il üçün Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 8 milyard 291,6 milyon dollar təşkil edib. Beləliklə, 2022-ci ildə profisit 2,8 dəfə artıb.


Mərkəzi Bankın saytında dərc olunan tədiyə balansı məlumatlarına əsasən, neft-qaz sektorunda profisit 28 milyard 667,3 milyon ABŞ dolları (2 dəfə artım), qeyri-neft-qaz sektorunda isə kəsir yaranıb. 5 milyard 189,2 milyon dollara (azalma 9,4%) düşüb.


2022-ci ildə neftin orta qiyməti 2021-ci ildəki 66,8 dollar/barelə qarşı 104 dollar/barel olub.


AMB-nin məlumatına görə, 2022-ci ildə xarici ticarət dövriyyəsinin həcmi 54,4 milyard dollar təşkil edib və Azərbaycanın xarici ticarətində 27,3 milyard dollar (artım 2,4 dəfə) müsbət saldo yaranıb. Eyni zamanda, xarici ticarət dövriyyəsinin həcminin 10,3 faizi MDB ölkələrinin, 89,7 faizi isə qeyri-MDB ölkələrinin payına düşüb.


Həcmi 40 milyard 868,6 milyon dollar (artım 1,9 dəfə) təşkil edən ixracın strukturunda neft və qaz ixracı 37,9 milyard dollar (artım 2 dəfə) təşkil edib. Eyni zamanda, neftin birbaşa ixracı 20,8 milyard dollar, qazın ixracı 16,4 milyard dollar, neft məhsullarının ixracı isə 0,7 milyard dollar təşkil edib.


Həcmi 13 milyard 509,2 milyon dollar (artım 29,7%) olan idxalın strukturunda 5 milyard 737,2 milyon dolları istehlak malları (o cümlədən 2,1 milyard dolları ərzaq məhsulları) təşkil edib. Hesabat dövründə Azərbaycana avadanlıq və xüsusi malların idxalı 589 milyon dollar və ya ümumi idxalın 4,4%-ni təşkil edib.


Azərbaycan Mərkəzi Bankı 2022-ci ildə tədiyə balansının ÜDM-in 23-25%-i səviyyəsində cari əməliyyatlar hesabının profisitini gözləyirdi.
 
N.Təbrizli

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol