• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana Rusiyadan pul köçürmələri 4,8 dəfə artıb

Azərbaycana  Rusiyadan pul köçürmələri  4,8 dəfə artıb
30.03.2023 21:27
2022-ci ildə fiziki şəxslərin Azərbaycana pul köçürmələri 3 milyard 620,117 milyon dollar təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 3,2 dəfə çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankı xəbər verib. 

Mərkəzi Bankın məlumatına görə, hesabat dövründə ən çox köçürmələr Rusiyadan həyata keçirilib və  2 milyard 969,44 milyon dollar (artım 4,8 dəfə) və ya fiziki şəxslərin bütün köçürmələrinin 82%-i (2021-ci ildə payı 13,6%) qədər təşkil edib.

Fiziki şəxslərin Azərbaycana pul köçürdüyü ilk beş ölkəyə də - ABŞ - 155,342 milyon dollar (artım 2,1 dəfə), Türkiyə - 122,141 milyon dollar (artım 13,3%), Almaniya - 53,585 milyon dollar (artım iki dəfə) və Böyük Britaniya - 33,959 milyon dollar (azalma 7,7%) daxildir.

AMB-nin məlumatına görə, 2022-ci ildə Azərbaycandan xaricə transferlər 0,5% artaraq 664,798 milyon dollar olub.

Fiziki şəxslərin Azərbaycandan pul köçürmələri həyata keçirdiyi ölkələr arasında Türkiyə birinci yerdədir. Belə ki Türkiyəyə  173,894 milyon dollar (4,2 faiz azalma) təşkil edib. İl ərzində Azərbaycandan edilən bütün transfertlərin 26,2%-i Türkiyənin payına düşüb (2021-ci ildə 27,4%).

Azərbaycanda fiziki şəxslərin pul köçürmələri həyata keçirdiyi ilk 5 ölkəyə də  ABŞ - 136,824 milyon dollar (artım 2,7 dəfə), Rusiya Federasiyası - 90,439 milyon dollar (azalma 22,9%), Gürcüstan - 59,322 milyon dollar (azalma 2,7) dəfə).24,6% və Böyük Britaniya - 31,27 milyon dollar (azalma 31,9%) daxildir.

2021-ci ildə fiziki şəxslərdən Azərbaycana pul köçürmələri 1 milyard 133,391 milyon dollar (2020-ci illə müqayisədə 3,6% artım), Azərbaycandan isə 661,512 milyon dollar (+18,9%) təşkil edib.
 
N.Təbrizli

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol