• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 2% artıb - Mərkəzi Bank

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 2% artıb - Mərkəzi Bank
30.03.2023 21:46
Azərbaycan banklarının və bank olmayan kredit təşkilatlarının  kredit portfeli 2023-cü ilin yanvar-fevralında 0,8% artaraq 20 milyard 347,1 milyon manata çatıb.

Bununla yanaşı, fevralda bankların və kredit təşkilatlarının  kredit portfeli 87,9 milyon manat artıb.

Fevralın sonuna vaxtı keçmiş kreditlərin həcmi 606,1 milyon manat (hesabat dövrü ilə müqayisədə 2,1% artım) və ya bütün kreditlərin 3%-i (2022-ci ilin sonuna 2,9%) təşkil edib.

28 fevral 2023-cü il tarixinə aktivlərində dövlətin payı olan banklar 3 milyard 929,1 milyon manat (artım 2 faiz) , özəl banklar 15 milyard 828,3 milyon manat (artım 0,5 faiz) və ya kredit veriblər. Bütün kreditlərin 77,8%-i bankların., qalanı isə bank olmayan kredit təşkilatlarının payına düşüb.

Fevralın sonuna verilən kreditlərin ümumi həcminin 16 milyard 370,7 milyon manatı (artım 1,1 faiz) milli valyutada, 3 milyard 976,4 milyon manatı (azalma 0,3 faiz) xarici valyutada verilmiş kreditlər olub. Bununla yanaşı, fevralın sonunda xarici valyutada olan kreditlərin xüsusi çəkisi 18,5% (2022-ci ilin sonunda - 19,8%) təşkil edib.

Bankların ev təsərrüfatlarının kreditləşməsi üzrə portfeli 2023-cü ilin yanvar-fevralında 2,4% artıb (2022-ci ildə artım 31%).
 
N.Təbrizli

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol