• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan su üzərində günəş elektrik stansiyalarının sayını artıra bilər

Azərbaycan su üzərində günəş elektrik stansiyalarının sayını artıra bilər
03.04.2023 12:33


Azərbaycan su üzərində qurulan günəş elektrik stansiyalarının tikintisində maraqlıdır və belə bir stansiyanln Mingıçevirdə istifadəyə verilməsi nəzərdən keçirilir. Bunu Azərbaycan energetika nazirinin müavini Elnur Soltanov bazar ertəsi jurnalistlərə bildirib. 

Azərbaycan su üzərində qurulan günəş elektrik stansiyalarının tikintisində maraqlıdır və belə bir stansiyanln Mingıçevirdə istifadəyə verilməsi nəzərdən keçirilir. Bunu Azərbaycan energetika nazirinin müavini Elnur Soltanov bazar ertısi jurnalistlərə bildirib. 
 

"Su üzərində qurulan günəş elektrik stansiyaları üç baxımdan maraqlıdır. Bunlardan birincisi hər hası torpaq ərazisinin tələb edilməməsidir, ikinci  günəş panelləri  soyuduqda daha effektiv olur, üçüncü suyun  buxarlanmasının qarşısı alınır”, - Soltanov bildirib.


Onun sözlərinə görə, hazırda Azərbaycan Asiya İnkişaf Bankı ilə  Böyükşorda 100 KVt-luq günəş elektrik stansiyası tikintisi üzrə layihə icra edir. Daha sonra  bu layihəni böyüdüb suda 50 MVt günəş elektrik stansiyasının tikintisi nəzərdə tutulub.


"Belə stansiyanın Mingəcevirdə tikintisi  daha ideal ola bilər. Amma üzən günəş panelləri, torpaq üzərindəki panellərdən daha bahalıdır. Daha bahalı olduqda investor onun pulunu Azərbaycandan istəyir. Bizdə  olan topdansatış tariflər onun ödənməyinə imkan vermir. Bizim əsas ilişmə nöqtəmiz bəzən vətəndaşlar soruşurlar ki, niyə daha sürətlə etmirsiz. Biz istəyirik ki, elə bir nişan tutaq ki, orada biz məqbul qiymətlərlə təklif alaq. Yoxsa biz Azərbaycan üçün o təklifləri qəbul edə bilmərik. Ona görə əsas məhdudiyyət maliyyədir. Amma Böyükşordakı təcrübə və ordan toplayacağımız məlumatlar bizə çox əhəmiyyətli ipuclar verəcəkki, hesablayaq görək ki, nə ölçüdə bunu böyüdə bilərik”, Soltanov vurğulayıb. 


 Hansı  tariflərin Azərbaycanı təmin etməsi məsələsinə gəlincə nazirlik rəsmisi bildirib ki, Azərbaycanda topdansatış tarifi günəş elektrik stansiyalarında istehsal edilən enerji üçün 5.5 qəpik , külək üçün  5,7 qəpik təşkil edir.

Zinyət Mehtiyeva

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol