• $
  • €
  • ₽
  • ₺
  • £

Aprelin sonunda Macarıstan Azərbaycandan qaz tədarükü ilə bağlı müqavilə imzalayacaq

Aprelin sonunda Macarıstan Azərbaycandan qaz tədarükü ilə bağlı müqavilə imzalayacaq
04.04.2023 14:52
Macarıstan bu il Azərbaycandan 1 milyard kubmetr təbii qaz almaq üçün bu ayın sonunda Bolqarıstan, Rumıniya, Yunanıstan və Türkiyə ilə müqavilə imzalayacaq. Macarıstan mətbuatının verdiyi məlumata görə, bunu ölkənin xarici işlər və ticarət naziri Peter Siyarto Budapeştdə keçirilən LNG sammitində bildirib.

Onun sözlərinə görə, Macarıstan bu il 1 milyard kubmetr qaz almaq üçün Azərbaycanla siyasi razılaşma əldə etdikdən sonra ölkələr yaxın aylarda birgə bazar sınaqları keçirəcək.

Nazir əlavə edib ki, bu ayın sonunda birgə saziş imzalanacaq: "Macarıstan Cənub-Şərqi Avropanın nəqliyyat infrastrukturu vasitəsilə Azərbaycandan təbii qaz əldə etmək üçün texniki imkanları araşdırmaq üçün Bolqarıstan, Rumıniya, Yunanıstan və Türkiyə ilə səylərini birləşdirir.

P. Siyarto həmçinin bildirib ki, Macarıstan Azərbaycandan illik 2 milyard kubmetr təbii qaz almaq üçün uzunmüddətli müqavilə imzalamağı nəzərdən keçirir: "Bu tədarüklərin tranzitinin əsasında isə Cənub-Şərqi Avropanın boru kəmərləri durur. Buna görə də, biz bu regionda infrastrukturun inkişafına təkan veririk. Çünki bu, yeganə həll yoludur. Bu məsələ bu cür layihələrin maliyyələşdirilməsinin təmin edilməsindən ibarət olacaq. Çünki Avropa İttifaqı boru kəmərinin tikintisi üçün əlavə vəsait yatırmaq istəmədiyini bildirib”.

 Siyartonun sözlərinə görə, Macarıstan Xorvatiyanın Krk adasındakı idxal terminalı vasitəsilə mayeləşdirilmiş təbii qaz (LNG) tədarüklərini qəbul etməyə hazır olan zəruri milli infrastruktura malikdir. Bununla belə, Xorvatiya-Macarıstan İnterkonnektoru Macarıstana 1,75 milyard kubmetr qaz nəql etməyə qadirdir. Bu isə o deməkdir ki, Xorvatiya ötürmə imkanlarını artırmasa, ölkə Krk terminalının planlaşdırılan tutumunun 6 milyard kubmetrə qədər artırılmasından yararlana bilməyəcək.

Bundan əlavə, Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) qarşılıqlı əlaqə xəttinin tutumunun 3 milyard kubmetrdən 5 milyard kubmetrə qədər planlaşdırılmış genişləndirilməsi də Macarıstan və Mərkəzi Avropada enerjinin şaxələndirilməsi üçün vacibdir.

Siyarto əlavə edib ki, IGB Macarıstana Yunanıstan və Türkiyədəki LNG terminallarından idxal etməyə imkan verəcək.

Yunanıstan-Bolqarıstan qaz kəməri 2022-ci il oktyabrın əvvəlində kommersiya istismarına verilib. IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən "mavi yanacağ”ın Bolqarıstana nəqlini nəzərdə tutur. "Bulgargaz EAD” dövlət şirkəti "Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün "Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycanın təbii qazı Bolqarıstanın tələbatının 25-30 %-ni ödəyə biləcək.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.

Azərbaycan təbii qazının Macarıstana göndərməkdə əsas rolu BRUA kəməri oynayacaq. BRUA Macarıstana ildə 4,4 milyard kubmetr, Bolqarıstana 1,5 milyard kubmetr qaz nəql etməyə imkan verəcək. Kəmərin uzunluğu 1 318 km təşkil edir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol