• $
  • €
  • ₽
  • ₺
  • £

Moldova Azərbaycanın köməyi ilə qaz tədarükünü şaxələndirmək istəyir

Moldova Azərbaycanın köməyi ilə qaz tədarükünü şaxələndirmək istəyir
09.04.2023 16:21
Rəsmi Kişinyov azərbaycanlı investorları cəlb etməkdə və Bakının hesabına qaz təchizatı mənbələrinin şaxələndirilməsində maraqlıdır.

Bunu Moldovanın Baş nazirinin müavini və xarici işlər naziri Niku Popesku Telegram kanalında bildirib.

O, Kişinyovda Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov ilə görüşüb.

Mən Moldovanın birgə layihələrin həyata keçirilməsi üçün ölkəyə mümkün qədər çox azərbaycanlı investor cəlb etməkdə maraqlı olduğunu vurğuladım. Ölkəmiz təbii qazın tədarükü mənbələrinin və marşrutlarının şaxələndirilməsində maraqlıdır-deyə, o bildirib.

Moldova Baş nazirinin müavini iki ölkə arasında diplomatik əlaqələrinin qurulmasından sonra əldə olunan nəticələri yüksək qiymətləndirib, həmçinin Kişinyovun Bakı ilə enerji, iqtisadi və kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişafına açıq olduğunu bəyan edib.

Bundan əlavə, tərəflər Moldova ilə Azərbaycan arasında beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət mövzusuna da toxunublar.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol