• $
  • €
  • ₽
  • ₺
  • £

Fermerlərə verilən subsidiyalar niyə səmərə vermir? Buğda əkini nə üçün azalır? –Hesablama Palatası

Fermerlərə verilən subsidiyalar niyə səmərə vermir? Buğda əkini nə üçün azalır? –Hesablama Palatası
10.04.2023 20:46
Dövlətin birbaşa subsidiyalaşdırma ilə bitkiçilik sahəsinə dəstəyinin 2020-2021-ci illərdə əhəmiyyətli dərəcədə artması bir o qədər də önəmli olmayan meyvə əkinlərini 50,7 min ha (97,4 %) və çiyələk əkinlərini 409,3 ha (87,6%) genişləndirib.

Bu barədə Hesablama Palatasının 2022-ci il üzrə bitkiçilik sahəsində yeni subsidiya mexanizminin qiymətləndirilməsi ilə bağlı auditinin nəticələrində deyilir.

Hesabatda bildirilir ki, bu proses önəmi daha yüksək olan buğda əkinlərinin 89,0 min ha (15,9%), çəltik əkinlərinin 1,1 min ha (38,8%), kartof əkinlərinin 2,5 min ha (20,1%), tərəvəz əkinlərinin 6,9 min ha (43%), bostan bitkiləri əkinlərinin isə 4,9 min ha (47,2%) azalması fonunda baş verib.

Audit müəyyən edib ki, ölkə üzrə ümumi buğda əkini sahəsinin həcmi 2021-ci ildə 2020-ci illə müqayisədə 2,7%, 2019-cu illə müqayisədə 14,6% azalıb.

İstehsal olunmuş buğdanın miqdarı 2019-cu illə müqayisədə 13,2% azalmış, buğda idxalının həcmi 2021-ci ildə 1148,1 min tona bərabər olmaqla 2019-2020-ci illərlə müqayisədə, müvafiq olaraq 436,9 min ton və 217,0 min ton azalıb.
 
Hesabatda qeyd edilir ki, ölkədaxili tələbatın bir hissəsi ehtiyatların hesabına təmin edilməklə buğda ehtiyatının qalığı 62,3% azalaraq 01.01.2022-ci il tarixinə 325,7 min ton təşkil edib. Bu da buğda əkininin subsidiyalaşdırılması üzrə inzibati tənzimlənmələrin 2020-ci və 2021-ci illərdə bu sahədə müsbət makroeffektlər yaratmadığını göstərir.

Daha sonra qeyd olunur ki, ölkə üzrə kənd təsərrüfatına yararlı torpaq sahələrindən istifadə olunmayan sahələrin həcmi 2019-cu ildə 366267,0 hektar təşkil etdiyi halda, 2020-ci ildə 475952,0 hektara, 2021-ci ildə isə 436010,0 hektara bərabər olub. Bununla da kənd təsərrüfatına yararlı ümumi torpaq sahələrinin  müvafiq olaraq 7,7%, 10,0% və 9,1%-ni təşkil edib. Bu da 2020-ci ildən tətbiq edilən yeni subsidiya mexanizm çərçivəsində xərclənmiş vəsaitlərin iki illik müddət ərzində bitkiçilik sahəsində fəaliyyətə hələ ki ciddi töhfə vermədiyini göstərir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol