• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda neft hasilatı azalıb

Azərbaycanda neft hasilatı azalıb
11.04.2023 13:53
2023-cü ilin yanvar-martında  Azərbaycanda neft hasilatı ötən ilin eyni dövründəki 8,3 milyon tondan 7,7 milyon tona qədər azalıb. Bu barədə çərşənbə axşamı Azərbaycanın energetika naziri Pərviz Şahbazov "Twitter" hesabında  bildirib.
     
Yanvar-martda qaz ixracı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,2 faiz artaraq 6,5 milyard kubmetr təşkil edib. Türkiyəyə 2,7 milyard kubmetr, Gürcüstana 0,9 milyard kubmetr, Avropaya 2,9 milyard kubmetr qaz ixrac edilib.
     
O cümlədən TANAP kəməri ilə Türkiyəyə qaz ixracı 1,4 milyard kubmetr təşkil edib.
     
Nazir həmçinin bildirib ki, 2023-cü ilin yanvar-mart aylarında qaz hasilatı ötən ilin yanvar-martı ilə müqayisədə 11,8 milyard kubmetrdən 12,2 milyard kubmetrə yüksəlib.
     
2022-ci ildə Azərbaycanda neft hasilatı 32,6 milyon ton, ixrac isə 26,3 milyon ton təşkil edib.
     
Böyük Britaniyanın BP şirkətinin operatorluq etdiyi şirkətlər konsorsiumu tərəfindən idarə olunan "Azəri-Çıraq-Günəşli” yataqları Azərbaycanın neft hasilatının 70%-ni təşkil edir.
 
N.Təbrizli

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol