• $
  • €
  • ₽
  • ₺
  • £

“Bank Melli Iran”ın Bakı filialının kredit portfeli azalıb

“Bank Melli Iran”ın Bakı filialının kredit portfeli azalıb
11.04.2023 15:39
"Bank Melli İran”ın (İran Milli Bankı) Bakı filialıın  2023-cü ilin birinci rübündə aktivləri 5,9% artıb, kredit portfeli isə 11,6%t azalıb. Bu barədə bank məlumat yayıb. 

Bankdan verilən məlumata görə, birinci rübdə kredit portfeli 11,6% azalaraq 8,4 milyon manat təşkil edib.

Aktivlərin strukturunda pul vəsaitləri və digər banklardakı müxbir hesablar ən böyük paya malikdir . Onlar 65,7 milyon manat (31 dekabr 2022-ci il ilə müqayisədə 10,4% artım), investisiya qiymətli kağızları - 24 milyon manat (artım 0,8%) təşkil edib. 

31 mart 2023-cü il tarixinə bankın öhdəlikləri 64,4 milyon manata (artım 8,6%) çatıb. Hesabat dövründə maliyyə institutları qarşısında öhdəliklər 4,2% artaraq  34,9 milyon manat, müştəri hesabları üzrə öhdəliklər isə  40,4% artaraq 12,5 milyon manata təşkil edib. 

Martın sonuna bankın kapitalı 37,9 milyon manat (artım 1,6%), nizamnamə kapitalı 73 milyon 611 min 171,44 manat (dəyişməmiş) olub.

2023-cü ilin yanvar-martında bankın filialının xalis mənfəəti 621,285 min manat (2022-ci ilin birinci rübü ilə müqayisədə 2,3 dəfə artım) təşkil edib.

31 mart 2023-cü il tarixinə cəmi bölüşdürülməmiş zərər 35 milyon 704,175 min manat (azalma 1,7%) olub.

"Bank Melli İran”ın Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir.
 
N.Təbrizli

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol