• $
  • €
  • ₽
  • ₺
  • £

Azərlotereyanın rəhbəri dəyişib

Azərlotereyanın rəhbəri dəyişib
13.04.2023 18:11
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya” ASC-nin İdarə Heyətində dəyişiklik olub.

Şirkətin Maliyyə departamentinin baş rəhbəri vəzifəsində çalışan Osman Karakuş İdarə Heyətinin sədri/İcraçı direktoru təyin olunub.
 
O, bu vəzifədə Türkiyənin ən böyük şans və mərc oyunları şirkəti "Misli.com”a icraçı direktor vəzifəsinə təyin olunan Zafer Reisoğlunu əvəzləyib.

Osman Karakuş 1996-cı ildə Ankara Universitetinin Siyasi Elmlər fakültəsi dövlət idarəçiliyi ixtisası üzrə bitirib, Qalatasaray Universitetində iqtisadiyyat hüququ üzrə magistr təhsilini, 2016-2017-ci illərdə İngiltərənin Durham Universitetində MBA təhsilini tamamlayıb.

O, karyerasına 1997-ci ildə "Vakıfbank”da maliyyə analitiki kimi başlamış, 2003-2004-cü illərdə "Kuveyt Türk”də maliyyə analitiki, 2004-2010-cu illərdə "Turkcell Inteltek”də maliyyə meneceri, 2010-cu ildə "Azerinteltek” QSC-də mühasibat, vergi və xəzinədarlıq meneceri vəzifələrində çalışmışdır. 2017-ci ildə "PepsiCo”da Qrup xəzinədarlığı və vergi meneceri kimi fəaliyyətə başlayan Osman Karakuş 2020-ci ildə "Demirören Holding”ə qoşulub. O, 2021-ci ilin avqust ayından "Azərlotereya” ASC-nin Maliyyə departamentinin baş rəhbəri vəzifəsində çalışırdı.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev "Azərlotereya” ASC-nin idarəetməyə verilməsi barədə 16 yanvar 2021-ci ildə Sərəncam imzalayıb. Sərəncamın icrası ilə əlaqədar İqtisadiyyat Nazirliyinin təsisçisi olduğu "Azərlotereya” ASC-nin Türkiyənin dünyada nüfuzlu "Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə müəssisəsi olan "YMT Sans B.V.” şirkətinə 10+5 illik müddətə idarəetməyə verilməsi ilə bağlı 27 fevral 2021-ci ildə müqavilə imzalanıb.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol