• $
  • €
  • ₽
  • ₺
  • £

I rübdə Azərbaycanda sənaye istehsalı azalıb

I rübdə Azərbaycanda sənaye istehsalı azalıb
14.04.2023 13:23
2023-cü ilin birinci rübündə Azərbaycanda sənaye məhsulunun nominal həcmi 18,6 milyard manat təşkil edərək  2022-ci ilin yanvar-martı ilə müqayisədə 3,2% azalıb. 

Neft-qaz sektorunda sənaye məhsullarının istehsalının həcmi 4% azalıb, qeyri-neft sektorunda 4,7% artıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, istehsalın həcminin 72%-i  mədənçıxarma sənayesinin, 22,6% emal, 4,7% elektrik enerjisi, qaz və buxar istehsalı və bölüşdürülməsi, 0,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalının payına düşüb.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,4 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 1,1 faiz artıb. 

Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,1 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 78,0 faiz, əczaçılıq məhsullarının istehsalı 68,8 faiz, poliqrafiya məhsullarının istehsalı 57,1 faiz, kağız və karton istehsalı 44,4 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 35,7 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 28,0 faiz, tikinti materiallarının istehsalı 25,8 faiz, maşın və avadanlıqların istehsalı 25,4 faiz, içkilərin istehsalı 25,1 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 16,9 faiz, qida məhsullarının istehsalı 13,6 faiz, elektrik avadanlıqlarının istehsalı 8,7 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 8,2 faiz, tütün məmulatlarının istehsalı 6,6 faiz, mebel istehsalı 1,0 faiz, neft məhsullarının istehsalı 0,5 faiz artmış, sair nəqliyyat vasitələrinin istehsalı 0,4 faiz, geyim istehsalı 1,1 faiz, hazır metal məmulatlarının istehsalı 1,3 faiz, kimya sənayesi məhsullarının istehsalı 11,2 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 44,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 46,1 faiz azalıb. 

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 6,1 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 21,8 faiz artıb. 
 
2022-ci ildə Azərbaycanda sənaye istehsalı 86 milyard manat təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 1,1% azdır.
 
N.Təbrizli

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol