• $
  • €
  • ₽
  • ₺
  • £

Sayğaclara qanunsuz müdaxilə və texniki müayinədə son vəziyyət - İlk rübün yekunları

Sayğaclara qanunsuz müdaxilə və texniki müayinədə son vəziyyət - İlk rübün yekunları
14.04.2023 21:31
İlin ilk rübü ərzində SOCAR "Azəriqaz” İB ümumilikdə 482 milyon 866 min manat dəyərində satış həyata keçirib. Bunun da  439 milyon 909 min manatı əhali və qeyri-əhali abonentləri tərəfindən ödənişi gerçəkləşib. Nəticədə ödənişlər 91,1%-dir.

Bu haqda Birliyin baş direktorun satış üzrə müavini Rəşad Cavadov "Açıq qapı” aksiyasında məlumat verib.

Cari ilin ilk 3 ayı ərzində ödəniş 100%-dən aşağı olsa da, mart ayından etibarən bu rəqəm artaraq gözləntiləri doğruldub. Birliyin Abonent bazasına xidmət şöbəsinin rəis müavini Anar Qədimli son 2 ay ərzində  istehlak edilən qaza görə ödənişlərdə abonentlər tərəfindən fəallığın artdığını qeyd edib. Sadalanan sevindirici faktlarla yanaşı, bəzi abonentlərin qanunsuz əməlləri sayəsində sayğaca müdaxilə və bu kimi neqativ halların sayında isə artım müşahidə edilib. Bu haqda daha ətraflı məlumat verən İstehlakçılara satılan qaza nəzarət şöbəsinin rəis müavini Fərid Mirzəyev bu rəqəmin 11 min 580 olduğunu vurğulayıb.

Aksiyada çıxış edən Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi isə fərdi yaşayış evləri və mənzillərdə aparılacaq texniki müayinələrdən söz açıb. Şöbə rəisi artıq bununla bağlı 539 nəfərin təlimlərə cəlb olunduğunu bildirib. E.Vəliyev bu rəqəmin 2024-ə çatdırılacağını da qeyd edib.

"Açıq qapı” aksiyası daha sonra jurnalistləri maraqlandıran sualların cavablandırılması ilə davam edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol