• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana gələn turistlərin sayına görə Türkiyə ilk beş ölkə arasındadır

Azərbaycana gələn turistlərin sayına görə Türkiyə ilk beş ölkə arasındadır
16.04.2023 21:18
Azərbaycana gələn turistlərin sayına görə Türkiyə ilk beş ölkə arasındadır.

Bunu 26-cı Şərqi Aralıq dənizi Beynəlxalq Turizm Sərgisi çərçivəsində Azərbaycan Turizm Bürosunun baş icraçı direktorunun müavini Bəhruz Əsgərov bildirib.

O qeyd edib ki, 2022-ci ildə Azərbaycana Türkiyədən 311 min turist gəlib.

"Bu, Türkiyənin Azərbaycanda turizm sənayesi üçün nə qədər əhəmiyyətli olduğunu bir daha göstərir. Türkiyədən daha çox turist cəlb etmək potensialımız var. Ölkələrimizin vətəndaşları yalnız şəxsiyyət vəsiqəsi ilə, vizasız və pasportsuz səyahət edə bilərlər”, – B.Əsgərov deyib.

Onun sözlərinə görə, Azərbaycan təbii sərvətlərlə və tarixi abidələrlə zəngindir və bu, ölkəni turistlər üçün cəlbedici edir.

"Azərbaycan yay, qış və müalicə turizmi infrastrukturunun inkişafına mühüm investisiyalar yatırıb. Bakı müasir və tarixi memarlığı ilə turistlərin diqqətini çəkir. Ölkənin şimalında, məsələn, Quba və Qusar şəhərlərində müasir qış turizmi mərkəzləri tikilib. Üç tarixi abidə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxildir. Bunlar Şirvanşahlar Sarayı və Bakının mərkəzində köhnə İçərişəhərin ərazisində Qız Qalasıdır. 2019-cu ildə siyahıya həm də ən cəlbedici turistik yerlər sırasında olan Şəki şəhərinin tarixi mərkəzi də daxil edilib. O, tarixi İpək Yolunun üzərində yerləşir”, – Əsgərov əlavə edib.

Büro nümayəndəsi onu da xatırladıb ki, bu yaxınlarda
Şamaxı şəhəri Türk Dövlətləri Təşkilatı tərəfindən 2023-cü ildə türk dünyasının turizm paytaxtı elan edilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol