• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda yük və sərnişin daşımalarının həcmi artıb

Azərbaycanda yük və sərnişin daşımalarının həcmi artıb
17.04.2023 17:17
2023-cü ilin yanvar-martında Azərbaycanda yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artıb. Bu barədə Dövlət Statitika Komitəsi məlumat yayıb.
 
Bildirilir ki, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 52,5 milyon ton yük daşınıb.
 
Məlumata görə, yüklərin 3,5 faizi dəniz, 8,5 faizi dəmir yolu, 0,1 faizi hava, 54,0 faizi avtomobil nəqliyyatı, 33,9 faizi isə boru kəməri ilə daşınıb.
 
Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 4,3 faiz artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 75,4 faiz təşkil edib.
 
2023-cü ilin yanvar-martında nəqliyyatçılar 423,7 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 87,1 faizi avtomobil nəqliyyatı, 12,4 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Dəmir yolu nəqliyyatı ilə cari ilin yanvar-martında 4,4 milyon ton yük, 1509,5 min sərnişin daşınıb.
 
Dəniz nəqliyyatı ilə 2023-cü ilin yanvar-martında  daşınmış yüklərin həcmi 1824,3 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 28,0 faiz artıb.
 
2023-cü il aprelin 1-də limanlarda qalan yüklərin həcmi 80,9 min ton olub. Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2022-ci ilin müvafiq dövrünə nisbətən 80,8 faiz artaraq 4,7 min nəfər təşkil edib.
 
Aytac Zeynalova

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol