• $
  • €
  • ₽
  • ₺
  • £

Aİ ölkələri birinci rübdə qaz istehlakını 14% azaldıb

Aİ ölkələri birinci rübdə qaz istehlakını 14% azaldıb
18.04.2023 20:24
Avropa İttifaqı (Aİ) ölkələri tərəfindən 2023-cü ilin birinci rübündə qaz istehlakı illik ifadədə 14% azalaraq 113 milyard kubmetr təşkil edib. Bu barədə Qaz İxrac edən Ölkələr Forumunun (GECF) hesabatında qeyd olunub.

Eyni zamanda, ilin əvvəlindən Aİ-yə boru kəməri qazı idxalı 37% azalıb, Rusiyadan tədarük isə 78% azalaraq 6 milyard kubmetrə çatıb.

"2023-cü ilin birinci rübündə Aİ-də ümumi qaz istehlakı ötən ilin eyni dövrü ilə müqayisədə 14% azalaraq 113 milyard kubmetr təşkil edib", - hesabatda deyilir.

"2023-cü ilin martında Avropa İttifaqının ümumi qaz istehlakı illik müqayisədə 13% azalaraq 34,1 milyard kubmetr təşkil edib. Martda temperatur 1991-2020-ci illərin orta göstəricisindən 0,8 dərəcə yüksək olub. 2024-cü ilin martına qədər qaza tələbatın daha bir il müddətinə 15% könüllü azalması Avropada ay ərzində qaz istehlakına təsir göstərib.Bundan başqa, küləkli hava elektrik enerjisi istehsalı sektorunda qaza tələbatı azaldıb və nəticədə qaz istehlakı azalıb”, - sənəddə deyilir.

Martda Aİ-yə boru kəməri qazının idxalı 13,7 milyard kubmetr təşkil  edib ki, bu da fevral ilə müqayisədə 14% yüksək, bir il əvvəlkindən isə 39% azdır.

Ümumilikdə, 2023-cü ilin birinci rübündə Aİ-yə boru kəməri tədarükü 37% azalaraq 38,3 milyard kubmetr təşkil edib. GECF-in məlumatına görə, bu həcmin yalnız 6 milyard kubmetri Rusiyadan gəlib.  (78% azalma), Norveçə - 22 mlrd.  (-6%), 7 mlrd.  Əlcəzairdən, qalan həcmlər isə Azərbaycan və Liviyadan tədarük edilib. 2023-cü ildə boru kəməri tədarükünün ümumi həcmində Norveç qazının payı 58%, Rusiya qazının payı 15% təşkil edir.
 
Gülnar

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol