• $
  • €
  • ₽
  • ₺
  • £

AQTA genetik modifikasiya olunmuş orqanizmlərin və yem məhsullarının qeydiyyatına başlayır

AQTA genetik modifikasiya olunmuş orqanizmlərin və yem məhsullarının  qeydiyyatına başlayır
20.04.2023 18:07
Bu il may ayının 5-dən respublikamıza idxal edilən, həmçinin ölkəmizdə istehsalı, emalı və dövriyyəsi həyata keçirilən genetik modifikasiya olunmuş orqanizmlərin və yem məhsullarının qeydiyyatına başlanılacaq.

Bu barədə  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, AQTA tərəfindən həyata keçiriləcək qeydiyyat proseduru ilə bağlı tələb edilən sənədlərlə maraqlananlar və digər məlumatları almaq istəyənlər Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna müraciət edə bilərlər.

Qeyd edək ki, "Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, yem üçün istifadəsi nəzərdə tutulan genetik modifikasiya olunmuş orqanizmlərin, habelə yalnız genetik modifikasiya edilmiş orqanizmlərdən ibarət olan və ya tərkibində genetik modifikasiya edilmiş orqanizmlər olan və ya tərkibində genetik modifikasiya edilmiş orqanizmlərdən əldə edilmiş məhsul olan yem məhsullarının istehsalına, emalına və dövriyyəsinə həmin məhsullar müvafiq qaydada qeydiyyata alındıqdan sonra icazə verilir. Qeydiyyata alınmamış məhsulların istehsalı, emalı və dövriyyəsi isə qadağandır.

Belə ki, sözügedən Qanuna uyğun olaraq, qeydiyyatdan keçirilməyən məhsulların ölkəmizə idxalına, həmçinin respublikamızda istehsalına, emalına və dövriyyəsinə məhdudiyyətlər tətbiq ediləcək.

Qanunda həmçinin qeyd olunur ki, Azərbaycan Respublikasına idxal edilən, eləcə də ölkəmizdə istehsal və emal olunan yem məhsullarının tərkibində genetik modifikasiya edilmiş orqanizmlər mövcud olduğu hallarda, həmin malların etiketlərində genetik modifikasiya olunmuş orqanizmlər haqqında məlumat əks etdirilməlidir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol