• $
  • €
  • ₽
  • ₺
  • £

İcra başçıları görüşdü, su ehtiyatlarının bölüşdürülməsi ilə bağlı qərar qəbul edildi

İcra başçıları görüşdü, su ehtiyatlarının bölüşdürülməsi ilə bağlı qərar qəbul edildi
22.04.2023 10:00
Su ehtiyatlarının Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonları arasında hazırda suvarılması tələb olunan mövcud əkin sahələrinə uyğun bölüşdürülməsi barədə qərar qəbul edilib.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.

Bildirilir ki, son vaxtlar respublikanın çaylarında su sərfinin azalması və bu səbəbdən əkin sahələrinin su təminatında yaranan çətinliklərlə bağlı görüş keçirilib.

Bununla bağlı "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Zakir Quliyev başda olmaqla, cəmiyyətinin nümayəndələri, su suvarma suyunun düzgün bölüşdürülməsi ilə bağlı kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, "Azərsu” ASC-nin birinci müavini Teyyub Cabbarov və Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayonlarının icra hakimiyyəti başçıları, yerli istismar idarələrinin rəhbərləri və yerli DAİM-lərlər görüşüblər.
 
Su təminatı ilə məşğul olan qurumlara mövcud su ehtiyatları, su təminatı imkanları və gözlənilən risklər barədə su istifadəçilərinin qabaqcadan məlumatlandırılması, sudan səmərəli və qənaətlə istifadə, su itkilərinin azaldılması, suvarmanın düzgün təşkili və sudan istifadəyə nəzarətin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Eyni zamanda, su istifadəçilərinə mövcud vəziyyəti düzgün qiymətləndirərək öz üzərlərinə düşən vəzifələrin icra edilməsi, əkin sahələrinin suvarmaya düzgün hazırlanması, sudan qənaətlə istifadə, aqrotexniki qaydalara və suvarma qrafiklərinə ciddi riayət edilməsi və gecə suvarmalarının təşkili barədə müvafiq tövsiyələr verilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol