• $
  • €
  • ₽
  • ₺
  • £

İtaliya Azərbaycandan təxminən 1,4 milyard kubmetr qaz idxal edib

İtaliya Azərbaycandan təxminən 1,4 milyard kubmetr qaz idxal edib
23.04.2023 11:36
İtaliya 2023-cü ilin fevralında Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Azərbaycandan 465 milyon 421 min 790 avro dəyərində təbii qaz alıb.

Fevralda Azərbaycandan İtaliyaya təbii qaz ixracı 644,4 milyon kubmetr təşkil edib.

Ümumilikdə, 2023-cü ilin yanvar-fevral aylarında İtaliya 1,3 milyard avro dəyərində 1,377 milyard kubmetr Azərbaycan qazı idxal edib.

Qeyd edək ki, 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 8 milyard kubmetr təbii qaz hasil edilib. "Azəri-Çıraq-Günəşli”dən 2,2 milyard kubmetr, "Şahdəniz”dən isə 4,4 milyard kubmetr qaz hasil edilib. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə qaz hasilatı 4 faiz, yəni 319 milyon kubmetr artıb.

Hesabat dövründə qaz ixracı 4,3 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz çoxdur.

Azərbaycan 2020-ci il dekabrın 31-dən Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz nəqlinə başlayıb. Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans Adriatik Qaz Boru Kəməri (TAP) kommersiya istismarına başladıqdan indiyədək ümumilikdə 22 milyard kubmetr qaz tədarük edilib. Bu il Azərbaycan Avropaya 12 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol