Azərbaycandan ABŞ-a birbaşa aviareyslərin ilkin tarixi açıqlandı

Azərbaycandan ABŞ-a birbaşa aviareyslər bu ilin yayında və ya payızında açıla bilər. Trend-in məlumatına görə, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib.Onun sözlərinə görə, ABŞ-ın Federal Mülki Aviasiya İdarəsi tərəfindən Azərbaycan şirkətlərinə Birləşmiş Ştatlara birbaşa reyslər həyata keçirməyə imkan verən sertifikat verilib: "Təhlükəsizlik məsələləri üzrə daha bir neçə yoxlama keçirilməlidir. Bu məsələ problem yaratmamalıdır".Diplomatın fikrincə, bu, Azərbaycan-ABŞ əməkdaşlığını nümayiş etdirən daha bir sahədir: "Hesab edirəm ki, biz faktiki olaraq əməkdaşlıq etdiyimiz və tərəqqiyə nail olduğumuz digər sahələri unutmamalıyıq".ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Son xəbərlər 
Daha çox 






















