• $
  • €
  • ₽
  • ₺
  • £

Bank Respublika Raiffeisen Bank tərəfindən “RBI STP Quality Award 2022” mükafatına layiq görüldü

Bank Respublika Raiffeisen Bank tərəfindən “RBI STP Quality Award 2022” mükafatına layiq görüldü
28.04.2023 15:04
 Ölkəmizdə beynəlxalq maliyyə qurumları uğurlu əməkdaşlıq əlaqələri quran Bank Respublika, Raiffeisen Bank International (RBI) tərəfindən nüfuzlu mükafata layiq görülüb.

Bank, beynəlxalq ödənişlərin yüksək keyfiyyətlə və sürətlə həyata keçirdiyinə görə Raiffeisen Bank International tərəfindən "RBI STP Quality Award 2022” mükafatı ilə təltif olunmuşdur.

Qeyd edək ki, STP (Straight-Through Processing) beynəlxalq ödənişlərin rəsmiləşdirilməsinin keyfiyyətinin əsas göstəricisidir. Bu zaman ödənişlər müvafiq standartlar qorunmaqla avtomatlaşdırılmış rejimdə həyata keçirilir. Bu da əməliyyatların sürətli baş tutmasına şərait yaradır.

Bu nüfuzlu mükafatın verilməsi Bank Respublika tərəfindən beynəlxalq ödənişlərin yüksək səviyyədə təmin olunmasının daha bir əyani sübutudur. Bank müştərilərinə əsas valyutalarda beynəlxalq hesablaşmalar da daxil olmaqla, kompleks maliyyə xidmətlərini təklif edir. Geniş müxbir hesab şəbəkəsinin mövcudluğu bankın müştərilərinə yüksək keyfiyyətli hesablaşmaların həyata keçirilməsinə imkan verir.

Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumları - DEG İnvestisiya Korporasiyası (KfW və SIDT bank qrupunun üzvü) və Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var. Bank Azərbaycanın bank sektorunda ən yüksək beynəlxalq reytinqlərdən birinə - "Müsbət" proqnozlu "B3" reytinqinə (Moody's) malikdir.

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol