• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR 2023-cü ilin 1-ci rübünə dair qazma, hasilat, emal və ixrac göstəricilərini açıqlayıb

SOCAR 2023-cü ilin 1-ci rübünə dair qazma, hasilat, emal və ixrac göstəricilərini açıqlayıb
29.04.2023 14:29
Dünya iqtisadiyyatının sürətli transformasiyası və enerji bazarlarında baş verən dəyişikliklər fonunda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2023-cü ilin 1-ci rübünü uğurla başa vurmağa nail olub.

Müvəffəqiyyəti şərtləndirən amillər sırasında maliyyə və biznes dayanıqlılığının gücləndirilməsi, əməliyyat effektivliyinin artırılması, rəqəmsal enerji texnologiyalarının tətbiqi, habelə əməyin təhlükəsizliyinin gücləndirilməsi xüsusi yer tutub. Səmərəli fəaliyyət istehsalat göstəricilərinə də öz müsbət təsirini göstərib.

Cari ilin birinci rübündə SOCAR tərəfindən 20 min metrə yaxın qazma işləri həyata keçirilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,6% çoxdur. Hesabat dövründə şirkət tərəfindən 1,9 milyon tondan çox neft, 2,2 milyard kubmetrdən çox qaz hasil olunub. Neft hasilatı nisbətən sabit qalsa da, qaz hasilatında əvvəlki illə müqayisədə 15% artım qeydə alınıb. Ölkə üzrə ümumilikdə 7,7 milyon tondan çox neft və 12,2 milyard kubmetrə yaxın qaz hasil edilib. Ümumilikdə ölkə üzrə qaz hasilatı 3% artıb.

Hesabat dövründə SOCAR tərəfindən dünya bazarına 4,6 milyon tondan çox xam neft, Gürcüstan bazarına isə 581 milyon kubmetr təbii qaz ixrac olunub. SOCAR-ın dünya bazarına ixrac etdiyi neft həcmləri ötən ilin analoji dövrü ilə müqayisədə 13,2% artıb. Qeyd edək ki, SOCAR öz imkanları ilə hasil etdiyi neftdən əlavə beynəlxalq konsorsiumlar çərçivəsində SOCAR və Azərbaycanın payına düşən neft həcmlərini də ixrac edir. Ümumilikdə isə ölkə üzrə 6,4 milyon tondan çox neft, 6,3 milyard kubmetrdən  çox qaz ixrac edilib. Ölkə üzrə qaz ixracında ötən ilin analoji dövrü ilə müqayisədə 7,6% artım qeydə alınıb.

Şirkətin Azərbaycandakı emal kompleksində 1,7 milyon tona yaxın neft, 892 milyon kubmetrdən çox təbii qaz emal olunub. Neft emalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,4% artıb. Rüb ərzində SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 478,1 min ton neft, neft-kimya və qaz-kimya məhsulu xarici ölkələrə ixrac edilib. Hesabat dövründə ölkə ərazisində təbii qaz istehlakı 4,8 milyard kubmetr təşkil edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol