• $
  • €
  • ₽
  • ₺
  • £

Hacıqabulda Minik avtomobillərinin istehsalı layihəsinin təməli qoyulub

Hacıqabulda Minik avtomobillərinin istehsalı layihəsinin təməli qoyulub
01.05.2023 18:35
İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsində  "Minik avtomobillərinin istehsalı” layihəsinin təməli qoyulub.

Layihə çərçivəsində avtomobil istehsalının boyaq, qaynaq və yığım mərhələsinin lokallaşdırılması zavodu inşa ediləcək.

Mərasimdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, İqtisadi Zonaların İnkişafı Agentliyinin rəhbəri Elşad Nuriyev, "Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyası” İctimai Birliyinin sədri Emin Axundov, "Uzavtosanoat” SC-nin rəhbəri Uluqbek Rozukulov, Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Aşrafxanov çıxış ediblər. Onlar Azərbaycan-Özbəkistan əməkdaşlığının növbəti uğurlu nümunəsi olan avtomobil istehsalının boyaq, qaynaq və yığım mərhələsinin lokallaşdırılması zavodunun ölkəmizdə avtomobil sənayesini təşviq edəcəyini bildiriblər.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2021-ci ilin sentyabrında Hacıqabul Sənaye Məhəlləsində açılışını etdiyi "Azərmaş” zavodu rayonun iqtisadi inkişafı üçün böyük təkan olmaqla yanaşı, ölkəmizdə avtomobil sənayesinin formalaşmasında mühüm rol oynayır. Bu prosesdə Özbəkistanla əməkdaşlıq hər iki ölkənin iqtisadiyyatı üçün faydalıdır. "Azərmaş” və "Uzavtosanoat” SC-lər ölkəmizdə "Azərmaş CP” müştərək müəssisəsi yaradıb, birgə layihə olan "Minik avtomobilləri və sərnişin avtobuslarının istehsalı” layihəsi üzrə ilk istehsala başlanılıb və hazırda istehsal uğurla davam etdirilir.
 
İndiyə qədər 14 modeldə 2,5 mindən çox "Chevrolet” markalı minik avtomobili və Yaponiyanın "İSUZU” brendinin avtobusları istehsal olunub.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol