• $
  • €
  • ₽
  • ₺
  • £

Türkmənistandan maye qazın ilk partiyası Pakistana çatdırılıb

Türkmənistandan maye qazın ilk partiyası Pakistana çatdırılıb
01.05.2023 23:07
Mayeləşdirilmiş təbii qazın ilk partiyası Əfqanıstan vasitəsilə Türkmənistandan Pakistana çatdırılıb.

"Yeni Şafak”ın BNN Breaking xəbər şəbəkəsinə istinadən verdiyi məlumata görə, Əfqanıstanın cənubundakı Qəndəhar vilayətindən keçən qaz Çaman sərhəd-keçid məntəqəsinə gəlib.

Pakistan yerli ehtiyatların sürətlə tükəndiyi üçün ciddi qaz çatışmazlığı ilə üzləşib. Üstəlik, maye qazın bazar qiymətləri artıb və xüsusilə qışda ölkə üçün qəbuledilməz olub.

Türkmənistandan Əfqanıstan vasitəsilə qaz nəqli Mərkəzi Asiyanı Pakistanın Ərəb dənizindəki Qvadar limanı ilə birləşdirən yeni ticarət marşrutunun yaradılmasına yönəlmiş pilot layihənin bir hissəsidir. Layihənin qaz idxalı mənbələrini diversifikasiya etməklə Pakistanın enerji təhlükəsizliyinə töhfə verəcəyi gözlənilir.

Həmçinin türkmən qazının nəqlinin Qəndəhar əyaləti üçün danılmaz iqtisadi faydası var, çünki bu tranzit yerli tacirlərə və daşıyıcılara gəlir gətirir.
 
Gülnar

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol