• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynanın beynəlxalq ehtiyatları rekord həddə - 35,9 milyard dollara yüksəlib

Ukraynanın beynəlxalq ehtiyatları rekord həddə - 35,9 milyard dollara yüksəlib
04.05.2023 16:08
Ukraynanın beynəlxalq ehtiyatları apreldə 35,9 milyard dollara yüksəlib ki, bu da son 11 ildə rekord həddə çatıb. Bu barədə Ukrayna Milli Bankının (NBU) saytında məlumat verilib.

"2023-cü il mayın 1-nə Ukraynanın beynəlxalq ehtiyatları, ilkin məlumatlara görə, 35 943,2 milyon dollar təşkil edib. Bu ehtiyatların həcmi son 11 ilin rekordudur", - nəşr qeyd edib.

NBU-nun məlumatına görə, aprelda ehtiyatlar, xüsusən də beynəlxalq yardım hesabına 13% artıb. Belə ki, aprelda hökumətin Milli Bankdakı valyuta hesablarına 5,85 milyard dollar daxil olub, bunun 2,7 milyard dolları BVF, 1,65 milyard dolları Avropa İttifaqının makromaliyyə yardımı, 1,25 milyard dolları isə – daxili dövlət kreditinin xarici valyuta istiqrazlarının yerləşdirilməsi sayəsində.

Martın sonunda Ukrayna Mərkəzi Bankının rəhbəri Aleksiy Pışnı bildirib ki, Ukrayna hakimiyyəti Rusiya ilə hərbi əməliyyatları maliyyələşdirmək üçün milli valyutanın (qrivnanın) "təhlükəli” buraxılması variantını daha nəzərdən keçirməyəcək. Bu alət (yeni qrivnaların çapı) yerli iqtisadiyyat üçün arzuolunmazdır.

Bundan əvvəl bildirilirdi ki, yanvar-fevralda Ukrayna banklarının xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə artaraq 21,5 milyard qrivenə və ya təxminən 582 milyon dollara çatıb.
 
Gülnar 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol