• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərişığ"ın mənfəəti 4 dəfə artıb- Hesabat

"Azərişığ"ın mənfəəti 4 dəfə artıb- Hesabat
05.05.2023 13:16
"Azərişıq” ASC 2022-ci ili 56,257 milyon manat xalis mənfəətlə başa vurub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,45 dəfə çoxdur. Bu barədə "Azərişıq” ASC məlumat yayıb.
 
2022-ci ildə elektrik enerjisinin satışından 1 milyard 540,473 milyon manat, ötən ilin eyni dövründə əvvəlki ilə nisbətən 16,3% çox gəlir əldə edilib.

2023-cü ilin yanvarın 1-nə cəmiyyətin aktivləri 2 milyard 915,645 milyon manat olub ki, bu da illik müqayisədə 9,85% çoxdur.
 
2022-ci il hesabatına görə, Azərişıq ASC-nin cəmi öhdəlikləri 2 milyon manat azalaraq 698 milyon manatdan 696 milyon manata enib. Bunun 369 milyon manatı kredit və borclardır.
 
İl ərizində səhmdar cəmiyyətinin öhdəlikləri 0,4% azalaraq 696,128 milyon manata düşüb, balans kapitalı isə 13,5% artaraq 2 milyard 219,517 milyon manata çatıb.
 
 «Azərişıq» ASC "Bakıelektrikşəbəkə” SC-nin bazasında yaradılıb. "Bakıelektrikşəbəkə” SC 2000-ci ildə yaradılıb, 2001-ci ildə şirkətin idarəetməsi "Barmek Holding A.S.” şirkətinə verililib. Daha sonra 2006-cı ildə Azərbaycan Respublikasının hökuməti "Barmek Holding A.S.” şirkəti ilə müqaviləni dayandırıb. 2015-ci il fevralın 10-da Azərbaycan Respublikası Prezidentinin "Azərişıq ASC” haqqında Sərəncamı ilə "Bakıelektrikşəbəkə” ASC "Azərişıq” ASC adlandırılıb. 
 
2021-ci ilin noyabrından etibarən Elektrik enerjisinin alışı və satışı üzrə tariflər Tarif Şurası tərəfindən tənzimlənir.

Onun nizamnamə kapitalı 1 milyard 678,705 milyon manatdır.
 
Aytac Zeynalova

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol