• $
  • €
  • ₽
  • ₺
  • £

Həmrəylik halqası 2026-cı ilin sonuna kimi reallaşdırıla bilər

Həmrəylik halqası 2026-cı ilin sonuna kimi reallaşdırıla bilər
06.05.2023 09:17

"Həmrəylik halqası" təşəbbüsü Aİ-nin lazımi maliyyə dəstəyi ilə 2026-cı ilin sonuna kimi reallaşdırıla bilər.

Bu barədə Sofiyada aprelin 25-də bu təşəbbüslə bağlı anlaşma memorandumunun imzalanması zamanı tərəflərdən biri olan Macarıstanın "FGSZ" şirkətinə istinadən xəbər verilir.

"REPower EU" planı və Aİ-Azərbaycan Strateji Əməkdaşlıq Razılaşması kimi Aİ-nin enerji prioritetlərinə də uyğun gələn birgə təşəbbüs 2022-ci ilin sentyabrında dörd ötürücü sistem operatoru tərəfindən elan edilib və Avropa Komissiyasına təqdim edilib. Təşəbbüs Avropa Komissiyasının prezidenti və Avropa Komissiyasının Enerji üzrə Baş İdarəsi (DG ENER) tərəfindən nəzərdən keçirilib və dəstəklənib", - deyə şirkətin məlumatında bildirilir.

Xatırladaq ki, aprelin 25-də Sofiyada "Bulgartransgaz" (Bolqarıstan), "Transgaz" (Rumıniya), "FGSZ" (Macarıstan), "Eustream" (Slovakiya) və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqinə dair Anlaşma Memorandumunun imzalanması mərasimi baş tutub.

Qeyd edək ki, Anlaşma Memorandumu dörd qaz ötürücü sisteminin operatoru ilə SOCAR arasında Avropaya əlavə qaz tədarükü üçün əməkdaşlıq sahələrini müəyyən edir. Əlavə qaz tədarükü Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyada "Həmrəylik halqası” adlanan təkmilləşdirilmiş qaz ötürücü sistemlər şəbəkəsi vasitəsilə həyata keçiriləcək.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol