• $
  • €
  • ₽
  • ₺
  • £

“Dəstəklə və Yenilə: Rəqəmsal dövrün çağırışları və imkanları ətrafında müzakirə”

“Dəstəklə və Yenilə: Rəqəmsal dövrün çağırışları və imkanları ətrafında müzakirə”
06.05.2023 11:26
Azercell ADA Universiteti Fondu (Azərbaycan) və ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində "İdeya İnkubasiyası Proqramı”na start verdi! 

"Azercell Telekom” MMC-nin ADA Universiteti Fondu (Azərbaycan) və ADA Universitetilə əməkdaşlığı çərçivəsində "İdeya İnkubasiyası Proqramı” başlayıb. Layihə innovativ həllərin yaradılması sahəsində Azərbaycan Respublikasında İKT və innovasiyalar ekosisteminin təkmilləşdirilməsi, onun davamlılığına və rəqabət qabiliyyətinə töhfə vermək məqsədi daşıyır. Layihə eyni zamanda bu sahədə yeni kadrların yetişdirilməsinə, tələbələri innovativ texnoloji həllər yaratmağa, startap və sahibkarlığa həvəsləndirməyə yönəlib. 

Proqramın "Dəstəklə və Yenilə: Rəqəmsal dövrün çağırışları və imkanları ətrafında müzakirə” adı altında keçirilən açılış mərasimində Azercell və ADA Universitetinin məsul şəxsləri iştirak edib, öz fikirlərini bölüşüb. Azercell-in Məhsul İdarəetmə şöbəsinin rəhbəri Nərgiz Tağızadə "Biznesin diversifikasiyalaşdırılması strategiyası: Azercell-in yeni Fintech biznes istiqaməti”, Rəqəmsal Həllər və Partnyorluq şöbəsinin rəhbəri Svetlana Ağalarova "Gənclik seqmenti üçün texnologiya tətbiqi əsaslı həllər”, Dataların Modelləşdirilməsi şöbəsinin rəhbəri Zaur Hüseynov "Data Science sahəsinin Telekom sektorunda rolu və təsiri” mövzuları üzrə auditoriya qarşısında təqdimatla çıxış ediblər. 

"İdeya İnkubasiyası Proqramı” seminarlar, mentorluq sessiyaları və iştirakçılara sahibkar kimi uğur qazanmağa kömək edən geniş şəbəkə imkanları təklif edir. Bu layihə gənclərə ideyalarını real məhsullara, hətta müəssisələrə çevirməyə dəstək olacaq. İnnovativ ideyalarını növbəti səviyyəyə qaldırmağa hazır olan ADA universitetinin tələbələri öz həlləri üzərində peşəkar mentorlarla çalışacaq. Proqramın sonunda qalib komandalara pul mükafatı təqdim olunacaq, onlar, həmçinin, Azercell şirkətində təcrübə proqramı keçmək şansı qazanacaqlar.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol